Urmiyə və Qəzvinin millət vəkilləri də Murtaza Muradpurun dosyesi ilə bağlı müraciət etdilər - GÖRÜNTÜ

Urmiyə və Qəzvinin millət vəkilləri də Murtaza Muradpurun dosyesi ilə bağlı müraciət etdilər - GÖRÜNTÜ

GünAz TV: Son günlərdə azərbaycanlı milli-mədəni fəallar və Təbriz zindanında aclıq aksiyası keçirməkdə olan Murtaza Muradpurun vəkili Cəfər Əfşarniyanın ardıcıl müraciətləri azərbaycanlı deputatları hərəkətə gətirib.

 

Məlumata görə, Urmiyənin İran parlamentindəki millət vəkili Ruhullah Həzrətpur aclıq aksiyasından dolayı ölüm təhlükəsi ilə üz-üzə qalan Murtaza Muradpurla bağlı Təbriz prokuroruna müraciət edib. Millət vəkili məhbusun son vəziyyəti və dosyesi ilə bağlı məlumat verərək onun tələbinə baxılmasını istəyib.

 

Qəzvinin ölkə parlamentindəki millət vəkili Davud Məhəmədi də məsələ ilə bağlı İran Məhkəmə Sisteminin rəisi Sadiq Laricaniyə məktubla müraciət edib. Millət vəkili Murtaza Muradpurun aclıq aksiyası və onun cismi baxımdan ağır vəziyyətdə olduğunu şərh edərək Məhkəmə Sisteminin rəisindən siyasi məhbusun əfv edilməsini istəyib.

 

Qeyd edək ki, bundan öncə Urmiyə, Təbriz, və Şəbistərin millət vəkilləri Nadir Qazipur, Məsud Pezeşkiyan və Məsumə Ağapur Əlişahi də İran Məhkəmə Sisteminin yetkililərinə müraciət edərək azərbaycanlı siyasi məhbusun tələbinə baxılmasını istəmişdilər.

 

Dekabrın 20-də Murtaza Muradpurun aclıq aksiyasının 57-ci günündə onun vəkili Cəfər Əfşarniya bir neçə azərbaycanlı millət vəkilinə məktub yazaraq onlara Murtazanın son vəziyyəti və məhkəmə dosyesi ilə əlaqədar məlumat verib və məhbusun azadlığa buraxılması ilə bağlı onlardan yardım istəmişdir.

 

Xatirladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir, onun ölüm təhlükəsi ilə üz-üzə qaldığı bildirilir.

 

Millət vəkillərinin yazdığı məktublar:

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN