Xoy şəhərində iki azərbaycanlı fəal saxlanılıb

Xoy şəhərində iki azərbaycanlı fəal saxlanılıb

GünAz TV: Güney Azərbaycanın Xoy şəhərində iki azərbaycanlı milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Dekabrın 8-də günortadan sonra təhlükəsizlik qüvvələri Cavad Əhmədi Yekanlı və Rüstəm Nadir Əlinin ata evinə müraciət edərək fəalları tutub və naməlum istiqamətə aparıblar.

 

Məlumata görə, fəalları yaxalamaq məqsədi ilə evə gedən məmurlar evdə axtarış aparıb, onlara məxsus kitablar, kompüter və bəzi şəxsi əşyaları özləri ilə aparıblar.

 

Hələlik fəalların hansı səbəbdən və harada saxlandığı barədə heç bir məlumat yoxdur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN