Xoyda saxlanılan azərbaycanlı yazıçıdan heç bir xəbər yoxdur

Xoyda saxlanılan azərbaycanlı yazıçıdan heç bir xəbər yoxdur

GünAz TV : Yanvarın 4-də Güney Azərbaycanın Xoy şəhərində saxlanılan şair, yazıçı, mütərcəm və ədəbi tənqidçi Şəhriyar Gələvani naməlum vəziyyətdə saxlanılır.

 

Məlumata görə, azərbaycanlı ziyalının ailə üzvləri Xoy şəhərinin Zindan və Ettelaat İdarələrinə müraciət edərək onun vəziyyəti ilə bağlı məlumat əldə etmək istəyiblər, lakin məsullar bu barədə hər hansı açıqlama verməkdən imtina edib.

 

Azərbaycanlı fəalın hələ də harada saxlanıldığı məlum deyil.

 

Ş.Gələvani uzun illər “Evrin”, “Aydın səhər”, “Günəbaxan” və s. kimi Azərbaycan sayt və nəşriyyələri, həmçinin ictimai-mədəni müəssisələrlə yaxından əməkdaşlıq edib.

 

Fəalın yaxınları onun Xoy əhalisinin rejimin ədalətsizliyinə qarşı keçirdiyi son etiraz aksiyaları ilə əlaqədar saxlanıldığını bildirir.

 

Ş.Gələvani yaşadığı şəhərin ədəbiyyat camiəsində tanınmış simalardan biridir. O 2017-ci il üzrə Nobel mükafatının qalibi Doris Lessingin “Tuneldən keçid” kitabını fars dilinə tərcümə edib.

 

Ötən günlərdə İran şəhərlərində keçirilən etiraz aksiyalarında minlərlə etirazçı saxlanılıb, onlardan təxminən 100-ü öyrəncidir. Aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 20-dən çox insan həlak olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN