Yekanat məntəqəsinin ətraf mühit müdafiəçiləri və mədəni fəalları Ettelaat İdarəsinə çağırılıb

Yekanat məntəqəsinin ətraf mühit müdafiəçiləri və mədəni fəalları Ettelaat İdarəsinə çağırılıb

GünAz TV: Mərəndin Yekanat məntəqəsinin bir qrup ətraf mühit müdafiəçisi və mədəni fəalı bu şəhərin Ettelaat İdarəsinə çağırılıb.

 

Bu, Yekanat əhalisinin “Qala dağı” məntəqəsinin ətraf mühitinə ziyan vuran mədənçilərə qarşı keçirdiyi  etirazlardan sonra baş verib.

 

Ettelaat İdarəsinə çağırılan tirazçılar arasında aşıq Əli Abdin, Məhəmməd Xezerlu, Musa Nəzəri və Əbülfəz Fərzəlizadənin olduğu bildirilir.

 

Ötən həftələrdə Yekanat əhalisi ətraf mühitə ziyan vurduqları üçün Yekan Mis Mədənini çalışdıranlara qarşı etiraz yığıncağı keçirmişdir. Bir neçə gün davam edən etiraz yığıncağında “Ətraf mühit bizim həyatımızdır, “Qala dağı”nı viran etməyin”, ““Qala dağı” qəlbimizdir, qəlbimizi viran etməyin” və s. kimi şüarlar yazılmış plakatlar qaldırıb, mədənçilərin bu kimi hərəkətlərinin dayandırılmasını tələb etmişdilər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN