Ağır iqtisadi vəziyyətdə olan İrandan yeni qərar: “Avtobusda oturmaq istəyənlər əlavə ödəniş etməli olacaqlar”

Ağır iqtisadi vəziyyətdə olan İrandan yeni qərar: “Avtobusda oturmaq istəyənlər əlavə ödəniş etməli olacaqlar”

GünAz TV: “Tehran Bus” şirkətinin icraçı direktoru Peyman Sənəndəci şəhər daxili xətt üzrə işləyən avtobuslarda yeni sisteminin tətbiq ediləcəyini bəyan edib.

 

Sistemə əsasən, sərnişinlər öncədən hərəkətin intensiv olduğu saatlar üzrə avtobusda oturacaq rezerv edə biləcəklər. Əlbəttə, bu xidmət üzrə satılan biletin qiyməti normal biletlərdən baha olacaq.

 

“Gün ərzində hərəkətin ən intensiv 2 saatı ərzində avtobus oturacaqlarınının saathesabı satışını təşkil edə bilərik”, - deyə Peyman Sənəndəci yerli media orqanlarına sistemlə bağlı layihəni şərh edərkən deyib.

 

O, sonda qeyd edib ki, layihənin ilkin olaraq insanların çox istifadə etdiyi Niyayeş- Cənnətabad və Vənək- Azadi marşrut xətlərində sınaqdan keçiriləcək.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN