Amerika İranla Britaniyanın ortaq qaz layihəsini növbəti dəfə sanksiyalardan azad edib

Amerika İranla Britaniyanın ortaq qaz layihəsini növbəti dəfə sanksiyalardan azad edib

GünAz TV: Amerika Birləşmiş Ştatları Şimal Dənizində İranın da 50% paya sahib olduğu “Rhum” neft yatağının işlənməsilə bağlı layihəni sanksiyalardan azad edib.

 

Qərara əsasən, bu layihəyə 2021-ci ilin fevral ayının axırına qədər sanksiya tətbiq edilməyəcək və tərəflər onun işlənməsini həyata keçirə bilərlər.

 

Qeyd etmək lazımdır ki, rəsmi Vaşinqton sözügedən layihənin sanksiyalara məruz qalmadan icrası istiqamətində ötən ilin oktyabr ayında qərar vermişdi. Lakin həmin qərara əsasən, layihədən İranın payına düşən bütün pullar ABŞ-ın növbəti qərarına qədər ona verilməməli, açılacaq bank hesabına yatırılmalı idi.

 

Həmin vaxt Britaniyanın adının açıqlanmadığı rəsmisi yerli media oqanlarından birinə bildirmişdi ki, İranın payına düşən vəsait Londonda bank hesabına yatırılacaq və həmin hesab daha sonra bloklanacaq.

 

Sözügedən yatağın illik 1.4 milyard kub metr qaz hasilatına malik olduğu deyilir.

 

Ötən ilin noyabr aylarının sonunda “BP” şirkəti öz 50%-lik səhmini digər Britaniya şirkəti olan “Serica Energy”yə  satmışdı. Digər 50%-lik pay İran Milli Neft Şirkətinin törəmə şirkəti olan “Iranian Oil Company UK Ltd”yə məxsusdur.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN