Amerika İraqa İrandan idxal etdiyi qaz və elektrikə görə verdiyi möhlət hüququnu uzadıb

Amerika İraqa İrandan idxal etdiyi qaz və elektrikə görə verdiyi möhlət hüququnu uzadıb

GünAz TV: Amerika Birləşmiş Ştatları İraqa İrandan qaz və elektrik idxalına görə tanıdığı möhlət hüququnu növbəti dəfə 4 ay müddətinə uzadıb.

 

İraq media orqanlarında yayılan məlumatlara əsasən, 120 gün tanınmış möhlət hüququ ərzində İraq İrandan idxal etdiyi enerji resurslarını azaltmaq və alternativ mənbə tapmaq istiqamətində çalışmalıdır.

 

Bu, rəsmi Vaşinqtonun Bağdada ötən ilin noyabr ayından etibarən sözügedən sahədə tanıdığı sayca 5-ci möhlət hüququdur.

 

Məlumatlarda ABŞ-ın İraqa sanskiyalara məruz qalmadan İrandan enerji resursları ala bilməsi üçün son dəfə iyun ayında möhlət hüququ verdiyi və onun bitməsinə 1 ay qalmış yenidən bunu uzatdığı qeyd edilir.

 

Rəsmi statistikalara əsasən, ötən il İraq İrandan 2 milyard dollar dəyərində qaz və elektrik enerjisi alıb.

 

Qeyd etmək lazımdır ki, İraq qaz və elektrik enerjisi kimi enerji resurslarının 1/3-ni qonşu ölkələrdən idxal edir. Ölkənin ən böyük problemlərindən biri elektrik enerjisinə kəskin təlabatdır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN