Amerikadan xəbərdarlıq: “İrana bu məhsulları ixrac edənlər sanksiyalara məruz qalacaqlar”

Amerikadan xəbərdarlıq: “İrana bu məhsulları ixrac edənlər sanksiyalara məruz qalacaqlar”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bəyanat yayaraq, İrana neft koksu və qrafit elektrodu ixrac edən fərd və şirkətlərə xəbərdarlıq edib.

 

Bəyanatda bildirilir ki, polad sənayesində istifadə edilən bu məhsulların İrana satışı və daşınmasına qarşı sanksiya tətbiq edilib.

 

“İran İslam Respublikası öz gəlirlərini kütləvi qırğın silahlarının yayılması, aqressiv fəaliyyətlər və terrorizmin himayəsi kimi bədxah məqsədlər üçün istifadə etdiyindən, Birləşmiş Ştatlar dövləti İranın polad sənayesindən əldə etdiyi qazancı kəsmək istiqamətində qərar qəbul edib”, - deyə bəyanatda vurğulanır.

 

Dövlət Departamenti həmçinin xəbərdarlıq edib ki, sözügedən 2 məhsulu İrana yalnız sata və daşıyan fərdlər ya şirkətlər deyil, eləcə də alış-veriş prosesində iştirak edən liman rəhbərləri, gəmiçilik şirkətləri və gəmi sahibləri də sanksiyalarla üzləşəcəklər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN