Asiya ölkələrinin İrandan neft ixracatının həcmi 49% azalıb

Asiya ölkələrinin İrandan neft ixracatının həcmi 49% azalıb

GünAz TV: Asiya ölkələrinin yanvar ayında İrandan ixrac etdiyi neftin həcmində ötən ilin oxşar dövrü ilə müqayisədə 49%-lik azalma müşahidə edilib.

 

Çin və Hindistanın İrandan neft idxalatını azaltması, eləcə də, Yaponiyanın ardıcıl olaraq 3-cü aydır ki, İrandan neft almaması bu prosesə öz təsirini göstərib. Yanvarda satılan qara qızıl ilə bağlı rəqəmlər İranın son 2 ayda neft ixracatında ən aşağı göstəricilər hesab edilir.

 

Hindistan, Çin, Yaponiya və Cənubi Koreya Cənubi Asiyada İranın ən böyük neft tədarükçüləri sayılırlar. Yaponiya artıq 3 aydır ki, bu ölkədən neft almır. Çin, Hindistan və Cənubi Koreya isə yanvar ayında günlük olaraq 710 min barel civarında İran nefti idxal ediblər. Bu 2018-ci ilin analoji dövrü ilə müqayisədə 49% azalmanı göstərir.

 

Bu geriləmənin səbəbi Amerika Birləşmiş Ştatların İranın neft və qaz satışına qarşı tətbiq etdiyi sanksiyalar, eləcə də İranla valyuta əməliyyatlarının həyata keçirilməsində mövcud olan problemlərdir. ABŞ rəsmiləri bu sanksiyaların məqsədinin İranın neft ixracatını sıfıra çatdırmaq olduğunu bəyan edirlər.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN