Cahangirinin çinli rəsmidən xahişi: “İrandan daha çox neft alın”- FOTO

2019-07-30 12:28

GünAz TV: İran prezidentinin 1-ci müavini İshaq Cahangiri iyulun 29-da Çinin hakim kommunist partiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbiri Song Tao ilə görüşüb.

 

O, görüş zamanı bildirib ki, Çin kimi “dost ölkələr”in bəzi məhdudiyyətlərlə üzüzə qaldığını bilirlər, amma yenə də onların İrandan daha çox neft almağını gözləyirlər.

 

İshaq Cahangiri həmçinin rəsmi Tehranın Çinlə münasibətləri genişləndirməyi "ciddi mexanizm" kimi öz agendasına daxil etdiyini əlavə edib.

 

Xatırladaq ki, son statistikalara əsasən, Çinin iyun ayında İrandan idxal etdiyi neftin həcmində gündəlik 208 min 205 barel olub, bu isə ötən ilin oxşar dövrü ilə müqayisədə 60% azalmanın olduğundan xəbər verir. Bu neftin böyük hissəsini İran “Sinopek” və “SNPS” şirkətlərinə olan borcunun qarşılığında göndərib. Yəni, bu, Çinin İrandan yenidən neft idxal etməsi anlamına gəlmir.

 

Sözügedən şirkətlər İranın “Azadeqan” və “Yadavəran” yataqlarının işlənməsinə 3 milyard dollardan çox sərmayə qoyub. İmzalanan müqaviləyə görə, İran bu pulların qarşılığında şirkətlərə neft verməlidir.

 

 

Ümumiyyətlə, ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalar qəbul etməsindən əvvəl Çin İrandan gündəlik 690 min barelə yaxın neft alırdı, hansi ki, bu rəqəm hazırda 208 minə qədər enib.

 

İki ölkə arasında ticari dövriyyə də sanksiyalardan sonra kəskin azalıb. Belə ki, Çin Dövlət Gömrük Xidmətinin rəsmi statistikasına əsasən, cari ilin ilk 6 ayında bu ölkə İrana 4 milyard 552 milyon dəyərində məhsul ixrac edib, hansı ki, bu göstərici ötən illə müqayisədə 46% azalma olduğunu göstərir. Eləcə də, İrandan Çinə edilən ixracatın ümumi həcmi də 28% azalmaqla, 8 milyard 131 milyon dollara düşüb.

 

Cahangiri görüş zamanı ölkəsinin Pakistan vasitəsilə Çinə qaz satmağa hazır olduğunu da dilə gətirib.

 

Qeyd etmək lazımdır ki, Pakistanın özü ilə İran arasında imzalanmış müqaviləyə əsasən, bu ölkə 2015-ci ildən etibarən İrandan illik 8 milyard kubmetrdən çox qaz almalı idi. Lakin rəsmi İslamabad bu günə qədər qaz nəqli üçün nəzərdə tutulmuş boru kəmərinin tikilməsinə maraq göstərməyib.

 

Digər tərəfdən, coğrafi şəraitin əlverişsiz olması, eləcə də İrandan Çinə boru xətti ilə qaz nəql etmək üçün tək marşrutun yalnız Hindistanla Pakistan arasında onillərdir münaqişə mövzusu olan Kəşmirdən keçməsi Cahangirinin təklifini reallaşması mümkün olmayan təklif edən amillərdəndir.

 

Digər tərəfdən, Çin ötən il Pakistanla həmsərhəd olan regionlarının mavi yanacağa olan ehtiyacını Türkmənistan, Qazaxıstan və Özbəkistandan nəql etdiyi 45 milyard kubmetr qazla təmin edib. Hazırda isə bir neçə aydan sonra Rusiyadan Çinin şimal-qərb çəkilən “Sibir qüdrəti” adlı, illik 38 milyard kubmetr qaz nəql etmək iqtidarında olan boru xəttinin açılışının edilməsi gözlənilir.

 

Eləcə də, Çin boru ilə nəql etməkdənsə, maye qaz (LNG) almağa üstünlük verir. 2018-ci ildə bu ölkənin idxal etdiyi maye qazın həcmi 2008-ci ilə nisbətən 10 dəfə artaraq, 73 milyard kubmetr olub.

 

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Məşhəddə daha 1 məhkum edam edilib

2020-06-02

gun az article

GünazTV June.02.2020: Bazar günü şiddət hadisələrinin yaşandığı etiraz dalğalarının ardından həftənin ilk günü paytaxt Vaşinqtonda sülh məqsədli protestlər keçirildi.

2020-06-02

gun az article

İranda daha 64 nəfər koronavirisdan ölüb, 3117 nəfər də infeksiyaya yoluxub

2020-06-02

gun az article

Kirmanda narkotik maddə qaçaqmalçıları ilə atışmada sıravi əsgər həlak olub

2020-06-02

gun az article

Zərif Sirus Əsgərinin Amerikadan İrana doğru yola düşdüyünü bəyan edib

2020-06-02

gun az article

‍Əhməd Cənnəti: "Deputatlar namizədliklərin təsdiqlənməməsindən dərs çıxarsınlar"

2020-06-02

gun az article

Kirmanşah əyalətində koronavirusa yoluxanların sayı 4872 nəfərə çatıb

2020-06-02

gun az article

Pompeo: “İranın təhdidləri davam edədənə qədər ABŞ-ın maksimum təzyiq kampaniyası da davam edəcək”

2020-06-02

gun az article

Müctəba Zonnur: "Noyabr etirazlarında 230 nəfər öldürülüb, 7 min nəfər yaralanıb"

2020-06-01

gun az article

İrandan Azərbaycan vasitəsilə Avstriyaya 281 kq heroinin aparılmasının qarşısını alınıb- FOTO

2020-06-01

gun az article

Abbas Musavi İranın iki vətəndaşının Türkiyə tərəfindən İraqda öldürülməsi məsələsinə münasibət bildirib

2020-06-01

gun az article

İran ordusunun komandanının müavini "Sepah"ı sərt tənqid edib

2020-06-01

gun az article

İranda son 1 sutkada 81 nəfər koronavirusdan ölüb

2020-06-01

gun az article

Əhvaz və Mehrabad hava limanlarında iki təyyarə təcili eniş edib

2020-06-01

gun az article

İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

2020-06-01

gun az article

İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib

2020-05-31

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31