Çinin neft şirkətlərindən biri İrandan neft ala bilmək üçün Amerika ilə müzakirələr aparır

Çinin neft şirkətlərindən biri İrandan neft ala bilmək üçün Amerika ilə müzakirələr aparır

GünAz TV: Politiko nəşri 3 amerikalı rəsmiyə istinadən Çinin Sinopek şirkətinin ABŞ-la sanksiyalara məruz qalmadan, İrandan neft almağa davam etmək üçün danışıqlar apardığı barədə məlumat dərc edib.

 

Amerikalı rəsmilərin dərgiyə dediklərinə görə, adı çəkilən Çin şirkəti İrana böyük miqdarda sərmayələr yatırıb, bunun əvəzində isə rəsmi Tehran ona nağd pul əvəzinə neft verməli imiş. Lakin sanksiyalar səbəbindən şirkət nefti ala bilmir.

 

Xatırladaq ki, mayın 2-dən etibarən Amerika İrana qarşı qəbul etdiyi neft sanksiyalarında istisna kimi nəzərdə tutulmuş 8 ölkəyə verdiyi 180 günlük möhlət hüququnu uzatmayıb. Həmin tarixdən etibarən İrandan neft alan hər hansı bir ölkə Vaşinqtonun sanksiyalarına məruz qalacaq.

 

Bununla belə, iyulun 1-də İranın Sinopek şirkətinə 2 milyon barel neft təhvil verdiyini əks etdirən görüntülər yayılmışdı. Lakin, ABŞ buna heç bir reaksiya verməmişdi.

 

Sinopek şirkəti Yadavəran neft buruğunun işlənməsini qarşılıqlı alış-veriş müqaviləsinə əsasən həyata keçirmişdi və ilkin mərhələdə bu sahəyə 2 milyard dollar sərmayə yatırmışdı. İki tərəf arasında imzalanmış müqaviləyə görə, İran investisiya qarşılığında şirkətə günlük 105 min barel neft verməli idi. Lakin sanksiyaların qəbul edilməsi ilə bu baş tutmayıb.

 

Dərgi sonda qeyd edib ki, çinli rəsmilərlə ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi işçi qrupu arasında son günlərdə ciddi görüş keçirilib. Görüşün nəticələrinə əsasən, Çin tərəfinin İranın borclu olduğu nefti alacağı gözlənilir.  

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN