Dünya Bankı: “İran 2019-cu ildə Nikaraquadan sonra ən çox tənəzzül edən iqtisadiyyata sahib olacaq”

2019-06-05 17:20

GünAz TV: Dünya Bankı dünya ölkələrinin iqtisadi inkişaf perspektivləri ilə bağlı yayımladığı yeni proqnozda İranla bağlı göstəricilərə də yer verib.

 

Proqnoza əsasən, İran Ümum Daxili Məhsulunun həcmi baxımından Nikaraquadan sonra ən pis indeksə sahib olan ölkə olacaq.

 

Bu Beynəlxalq qurum ötən ilin yarısında İranın 2019-cu il üçün iqtisadi inkişafını +4.1% proqnozlaşdırsa da, cari ilin yanvar ayında bu rəqəmin -3.6 faiz olacağını bildirmişdi. Yeni yayılmış proqnoza əsasən isə, 2019-cu ildə İranın intisadi inkişafının həcmi -4.5% olacaq.

 

Bank bunun səbəbinin Amerikanın sanksiyaları, xüsusilə də neft ixracatına qoyduğu embarqolar nəticəsində İranın dövlət gəlirlərinin azalması ilə əlaqələndirib.

 

Dünya Bankının İran iqtisadiyyatının inkişaf ilə bağlı proqnozu Beynəlxalq Valyuta Fondununkundan daha ürəkaçandır. Belə ki, Fond bu xüsusda hazırladığı son hesabatda bildirmişdi ki, İran iqtisadiyyatı 2019-cu ildə təqribən 6% kiçiləcək.

 

Dünya Bankının proqnozlarla bağlı yayımladığı bu yeni hesabatda həmçinin qeyd edilir ki, İranda 2018-ci ilin yarısında təqribən 10% olan inflyasiya həddi 2019-cu ilin aprel ayına qədər 52%-ə çatıb və riyalın öz dəyərini kəskin itirməsi də İran iqtisadiyyatının ən böyük problemlərindəndir.

 

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının 2018-ci ilin may ayında nüvə razılaşmasından çıxmaqla, rəsmi Tehrana qarşı yenidən sanksiyalar tətbiq etməsi İran iqtisadiyyatını iflic vəziyyətə salıb. Noyabr ayının 5-də İranın dövlət gəlirlərinin 70%-dən çoxunu təmin edən neft ixracatına sanksiya qoyulması ilə bu tənəzzül daha da sürətlənib.  İranın milli pul vahidi- riyal isə 2018-ci ilin yayından bu günə qədər təqribən 70% ucuzlaşıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12

gun az article

İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

2020-07-12

gun az article

GünazTV July.11.2020: CENTCOM komandiri: İran hökuməti Süleymani öldürüldükdən sonra qarışıqlıq içindədir

2020-07-11

gun az article

GünazTV July.11.2020: “Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

2020-07-11

gun az article

"Amnesty İnternational" İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb

2020-07-11

gun az article

İranın İrəvandakı səfirindən Qarabağla bağlı ermənilərə böyük jest

2020-07-11

gun az article

İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib

2020-07-11

gun az article

Nətənzdə baş vermiş partlayış İranın nüvə proqramını iki il ləngidəcək

2020-07-11

gun az article

İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb

2020-07-11

gun az article

Brayan Huk: "İranın nef ixracatı 70 min barelə düşüb"

2020-07-11

gun az article

İran parlamentinin Şuştərdən seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11

gun az article

İranda 2 körpə və 1 uşaq koronavirusdan ölüb.

2020-07-10

gun az article

GünazTV July.10.2020: “Amerikada iqtisadi açılıma gedən ştatlar geri addım ata bilər.”

2020-07-10

gun az article

İranda daha 142 nəfər koronavirusdan ölüb, 2262 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

2020-07-10

gun az article

Rəsmi Beyrut: "İrandan qaz almaqla bağlı planımız yoxdur"

2020-07-10

gun az article

Hormozqan əyalətində “Covid-19” pandemiyası qurbanlarının sayı 356 nəfərə çatıb

2020-07-10