İran əhalinin banklara qoyduğu depozitlərdən əldə etdiyi gəlirlərdən vergi tutmaq üçün proqram hazırlayıb

2019-10-31 13:29

GünAz TV: "Fars" xəbər agentliyində İran Vegilər Təşkilatı, eləcə də İqitsadiyyat və Maliyyə Nazirliyinin Birbaşa Vergi Məcəlləsində nəzərdə tutduğu dəyişikliklərini əks etdirən sənəd dərc edilib.

 

Həmin sənəddə bildirilir ki, qurumlar dəyişiklikləri hazırlamaqla, vətəndaşların banklara yerləşdirdikləri depozitlərin gəlirlərinə vergi tətbiq etməyə çalışırlar. Bununla da, yeni islahatların qüvvəyə mindiyi təqdirdə, büdcəyə vergilər vasitəsilə əlavə 20-30 trilyon tümən əlavə daxilolmaların təşkil edilməsi proqnozlaşdırılır. Həmin məbləğin böyük hissəsi fiziki və hüquqi şəxslərin banklara qoyduqları əmanətlərin gəlirlərindən tutulacaq vergi olacaq.

 

İslahat layihəsinə əsasən, 6 aydan az müddətdə qoyulan əmanətlərin gəlirlərindən 60%, 6 aydan 1 ilə qədər yatırılan depozitlərin gəlirlərindən 40%, 1 ildən artıq müddətə qoyulan uzun müddətli yatırımların gəlirlərindən isə 20% vergi kimi tutulacaq.

 

Lakin "İrna" xəbər agentliyi İranın İqtisadiyyat və Maliyyə naziri Fərhad Dejpəsəndə istinadən məlumatı təkzib edib. O bildirib ki, Birbaşa Vergi Məcəlləsində bu formada dəyişikliklərin edilməsi hələ ki, irəli sürülməyib.

 

Qeyd etmək lazımdır ki, İran tarixdə ilk dəfə olaraq növbəti iki il üçün 1 büdcə layihəsi hazırlayacaq. Həmin layihədə neft satışından əldə edilən pulların büdcə daxilolmaları sırasından çıxarılacağı bildirilir. Bununla da, dövlət neft gəlirlərinə alternativ olaraq digər sahələrə vergi tətbiq etməklə, büdcə kəsrini aradan qaldıracaq.

 

Ə.A

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Antonio Quterreş yenidən BMT-nin Baş katibi təyin olunub

2021-06-18

gun az article

Ərdoğan BMT-nin fəaliyyətini tənqid etdi

2021-06-18

gun az article

Qarabağda 13 mindən çox əmlakın inventarlaşdırılması başa çatıb

2021-06-18

gun az article

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

2021-06-18

gun az article

Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər

2021-06-18

gun az article

İranın Kürdüstan əyalətində səyyar səs qutusunu daşıyan mikroavtobus qəzaya uğrayıb: 1 ölü, 6 yaralı

2021-06-18

gun az article

İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

2021-06-18

gun az article

Əhmədinejad: “Bu seçkinin nəticəsi xalqın ziyanına olacaq”

2021-06-18

gun az article

Kremldən növbəti Qarabağ XƏBƏRDARLIĞI

2021-06-18

gun az article

İranın daxili işlər naziri: “Heç bir seçki məntəqəsində səsvermə prosesi dayandırılmayıb”

2021-06-18

gun az article

XİN: Ermənistan XİN-in beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir

2021-06-18

gun az article

Həsən Ruhani, Cavad Zərif və keçmiş prezident Məhəmməd Xatəmi səs verib

2021-06-18

gun az article

Xamneyi: “Hamı bu böyük milli sınaqda iştirak etməlidir

2021-06-18

gun az article

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

2021-06-18

gun az article

ABŞ Türkiyənin Kabil hava limanının mühafizəsi ilə bağlı qərarını alqışlayıb

2021-06-18

gun az article

Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələləri ilə bağlı məsləhətləşmələr keçirilib

2021-06-18

gun az article

Bu gün İranda 13-cü prezident seçkiləri keçirilir

2021-06-18

gun az article

Şimal bölgəsində yanğının söndürülməsinə 270 canlı qüvvə və helikopter cəlb edildi

2021-06-17

gun az article

Koronavirusa yoluxma sayı 178 milyonu ötdü

2021-06-18

gun az article

Putin Dumaya seçkilər təyin etdi

2021-06-18