İran günlük 700 min barel neft sata bilmək üçün Amerikadan icazə almağa çalışır

İran günlük 700 min barel neft sata bilmək üçün Amerikadan icazə almağa çalışır

GünAz TV: “Reuters” xəbər agentliyi İranın günlük 700 min barel neft sata bilmək üçün Amerikadan icazə almağa çalışdığı barədə məlumat yayıb.

 

Agentliyin bir neçə İran rəsmisi və diplomatına istinadən yaydığı xəbərə görə, Həsən Ruhani və Məhəmməd Cavad Zərif Fransa prezidenti Emmanuel Makronla apardıqları müzakirələr zamanı bu istəyi də irəli sürüblər.

 

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının sanksiyaları səbəbindən İranın satdığı neftin həcmində kəskin azalma müşahidə olunmaqdadır.

 

Embarqolardan öncə gündəlik 2.5 milyon barel təşkil edən neft ixracatı hazırda təqribən 100 min barel səviyyəsinə qədər enib. Buna təsir göstərən əsas amillərdən biri ABŞ-ın istisna ölkələrə tanıdığı möhlət hüququnu may ayının 2-dən dayandırmasıdır.

 

Digər tərəfdən, müxtəlif mənbələrin yaydığı məlumatlarda İranın hazırda 111 milyon bareldən çox müştərisiz neftinin anbarlarda depolandığı deyilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN