İran soğan və kartof ixracatına qadağa qoyub

İran soğan və kartof ixracatına qadağa qoyub

GünAz TV: İranın Sənaye, Mədən və Ticarət Nazirliyi ölkədə soğan və kartofun kəskin bahalaşmasını nəzərə alaraq, bu məhsulların ixracının qadağan edilməsi ilə bağlı qərar verib. Bu qərar aprel ayının 4-dən qüvvəyə minəcək və qeyri-müəyyən vaxta qədər davam edəcək.

 

Sənaye, mədən və ticarət naziri Rza Rəhmani İran Gömrük Təşkilatına göndərdiyi məktubda qərarın qəbul edilməsinin səbəbinin “daxili bazarı tənzimləmək” olduğunu bildirib.

 

Qeyd etmək lazımdır ki, son günlər İranda soğan və kartofun qiyməti kəskin artıb. Məlumatlara əsasən, hazırda ölkənin müxtəlif bölgələrində soğanın 1 kiloqramı 16 min tümənə satılır.

 

Bu qərarla həmçinin pomidor ixracatına qoyulmuş qadağa qaldırılıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN