İran tarixinin ən böyük- 6.6 milyard avroluq maliyyə fırıldaqçılığının təfərrüatları

2019-03-11 13:06

GünAz TV: Martın 9-da İranın Petrokimya Ticarət Şirkətinin icraçı direktoru ilə birlikdə digər 13 müttəhimin cinayət işi üzrə 2-ci məhkəmə iclası keçirilib.

 

Bu şəxslər ixracatdan əldə edilmiş gəliri öz şəxsi bank hesablarına köçürməklə küllü miqdarda pul mənimsəməkdə ittiham edilirlər. İran tarixində ən böyük maliyyə fırıldaqçılığı hesab edilən bu cinayət işində mənimsənmiş pulun miqdarı təqribən 6 milyard 656 milyon avrodur. Bu məbləğ Babək Zəncaninin Neft Nazirliyinə olan “borcu”ndan 3 dəfə çoxdur. Müttəhimlərin bu pulları yalnız petrokimya məhsullarının satışından deyil, eləcə də İran limanlarından gələn gəlirlərdən də götürdüyü bildirilir.

 

Martın 6-da cinayət işi üzrə keçirilmiş ilk məhkəmə iclasında təqsirləndirilən şəxslər və onların törətdiyi əməllər elan edilmiş, eləcə də dövlət ittihamçısı 700 səhifəlik ittihamnamənin xülasəsini oxumuşdu. İttihamnəməni oxuyan dövlət ittihamçısı Abbas Huseyni bildirmişdi ki, bəzi müttəhimlər öz əməllərini “etiraf ediblər” və cinayət işi hələ də bağlanmayıb.

 

Prokurorun sözlərinə görə, müttəhimlər petrokimya məhsullarının satışından əldə edilmiş 6 milyard 656 milyon avro vəsait və faizləri mənimsəyiblər. O bildirib ki, təqsirləndirilən şəxslərdən biri Möhsün Əhmədiyan komissiya haqqı olaraq nəğd şəkildə əldə etdiyi 15 milyon dollar və 500 min avro faizi mənimsədiyini “etiraf edib”. Dövlət ittihamçısı iddia edib ki, Əhmədiyan bu əməlindən “peşiman olduğunu” ifadə edərək, sanksiyalar səbəbindən qeyd edilən məbləği dövlətə məxsus hesablara köçürə bilməyidiyini, lakin şərait yaradılarsa, bunu edə biləcəyini deyib.

 

Martın 9-da keçirilmiş məhkəmənin 2-ci iclasında dövlət ittihamçısı ittihamnamənin davamını oxuyub və müttəhimlərin çıxışı dinlənilib. Məhkəmə prosesi zamanı Petrokimya Ticarət Şirkətinin ilk icraçı direktoru Rza Həmzəli əsas təqsirləndirilən şəxs kimi təqdim edilib.

 

Prokuror çıxışı zamanı bildirib ki, Petrokimya Ticarət Şirkətinin 2010-cu ildə özəlləşdirilməsindən sonra şirkətin icraçı direktoru Rza Həmzəli Mərcan Şeyxülislami ilə birlikdə Dəniz və Pelikan adlı şirkətlərin təsis edilməsində qanuni tələbləri pozublar. Bundan əlavə, Rza Həmzəli 312 milyon 696 min 449 avro məbləğində pulu xarici valyuta ilə ilkin olaraq Hetra Ticarət, daha sonra isə Petrokimya Ticarət Şirkətinin hesabına köçürüb. Lakin bu proses ərzində ixracatdan əldə edilən gəlirlərdən 347 milyon 238 min 313 avro məbləğinda pul isə ölkəyə xarici valyuta ilə daxil edilməyib.

 

Prokuror qeyd edib ki, təkcə bu iki şəxs qeyd edilən məbləğdən 7 milyon 65 min 152 avro və 8 milyon 710 min 384 dolları qeyri-qanuni olaraq mənimsəyiblər. Prokuror Mərcan Şeyxülislamini Rza Həmzəlinin əsas şəriki adlandırıb və bildirib ki, o, ümumilikdə 7 milyon 65 min 529 avro və 8 milyon 710 min 384 dollar məbləğində pul mənimsəyib. Dövlət ittihamçısının sözlərinə görə, petrokimya məhsullarının satışından əldə edilən gəlirlər sanksiyalardan yayınmaq üçün Mərcan Şeyxülislaminin şəxsi bank hesablarına yatırılırmış.

 

Prokuror əlavə edib ki, bu köçürmələr Milli Petrokimya Sənayesi Şirkətinin icazəsi olmadan həyata keçirilib və petrokimya məhsullarından əldə edilən gəlirlərin çoxu riyala dəyişdirilərək digər şirkətlərin hesablarına köçürülüb. Hansı ki, sanksiyalara rəğmən, ixracatdan əldə edilən gəlirlər xarici valyuta ilə ölkə daxilindəki şirkətlərə köçürülməli idi. Həmzəlinin idarə etdiyi şirkətlər isə bu qanunları pozaraq, xarici valyutanı milli pula çevirib ölkə daxilindəki hesablara köçürüb və bu prosesdən külli miqdarda gəlir əldə ediblər. Buna görə də Petrokimya Ticarət Şirkətinin hesabına milli valyuta ilə köçürülən bütün pullar qəbul edilməyib.  

 

Prokuror vurğulayıb ki, Körfəz Holdinqin icraçı direktorunun hesabatına əsasən, Petrokimya Ticarət Şirkətinin əsas maliyyə fırıldaqçılığı bunlardan ibarətdir: törəmə şirkətlərə çatacaq məbləğin gec köçürülməsi, Milli Neft Şirkətinin pulunun ödənməsi, Milli Petrokimya Sənayesi Şirkətindən lisenziya əldə etmədən şirkətlərin pulunun bir valyutadan digərinə dəyişdirilməsi və köçürülməsi, eləcə də 324 milyon avrodan çox pul maliyyə ehtiyatlarından, 622 milyon 484 min avro petrokimya məhsullarının satışından və 3 milyard 214 milyon 523 min avro məbləğində pul valyuta dəyişmələrindən mənimsəmək.

 

Cinayət işində Petrokimya Ticarət Şirkətinin yüksək postlarını tutan şəxslərə qarşı maliyyə fırıldaqçılığı və bu fırıldaqçılıqda iştirak kimi ittihamlar irəli sürülüb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Məşhəddə daha 1 məhkum edam edilib

2020-06-02

gun az article

GünazTV June.02.2020: Bazar günü şiddət hadisələrinin yaşandığı etiraz dalğalarının ardından həftənin ilk günü paytaxt Vaşinqtonda sülh məqsədli protestlər keçirildi.

2020-06-02

gun az article

İranda daha 64 nəfər koronavirisdan ölüb, 3117 nəfər də infeksiyaya yoluxub

2020-06-02

gun az article

Kirmanda narkotik maddə qaçaqmalçıları ilə atışmada sıravi əsgər həlak olub

2020-06-02

gun az article

Zərif Sirus Əsgərinin Amerikadan İrana doğru yola düşdüyünü bəyan edib

2020-06-02

gun az article

‍Əhməd Cənnəti: "Deputatlar namizədliklərin təsdiqlənməməsindən dərs çıxarsınlar"

2020-06-02

gun az article

Kirmanşah əyalətində koronavirusa yoluxanların sayı 4872 nəfərə çatıb

2020-06-02

gun az article

Pompeo: “İranın təhdidləri davam edədənə qədər ABŞ-ın maksimum təzyiq kampaniyası da davam edəcək”

2020-06-02

gun az article

Müctəba Zonnur: "Noyabr etirazlarında 230 nəfər öldürülüb, 7 min nəfər yaralanıb"

2020-06-01

gun az article

İrandan Azərbaycan vasitəsilə Avstriyaya 281 kq heroinin aparılmasının qarşısını alınıb- FOTO

2020-06-01

gun az article

Abbas Musavi İranın iki vətəndaşının Türkiyə tərəfindən İraqda öldürülməsi məsələsinə münasibət bildirib

2020-06-01

gun az article

İran ordusunun komandanının müavini "Sepah"ı sərt tənqid edib

2020-06-01

gun az article

İranda son 1 sutkada 81 nəfər koronavirusdan ölüb

2020-06-01

gun az article

Əhvaz və Mehrabad hava limanlarında iki təyyarə təcili eniş edib

2020-06-01

gun az article

İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

2020-06-01

gun az article

İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib

2020-05-31

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31