İran vətəndaşları tərəfindən Türkiyədə alınan evlərin sayı 65% artıb

İran vətəndaşları tərəfindən Türkiyədə alınan evlərin sayı 65% artıb

GünAz TV: Türkiyə Mərkəzi Statistika Komitəsinin yeni yaydığı hesabatda bu ölkədə İran vətəndaşları tərəfindən mənzil alınması hallarının artdığı öz əksini tapıb.

 

Statistikaya əsasən, cari ilin 9 ayı ərzində İran vətəndaşları Türkiyədə 3324 mənzil alıblar, bu isə ötən ilin oxşar dövri ilə müqayisədə 65% artım olduğunu göstərir. 2017-ci ilin analoji dövrünə nisbətən isə bu artım 5.5 dəfə təşkil edir.

 

Bu sahədə başda gələr İraq, ikici yerdə isə İran vətəndaşlarıdırlar. Növbəti yerlərdə isə müvafiq olaraq Rusiya, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Küveyt və Almaniya vətəndaşları qərarlaşıblar.

 

“Reuters” agentliyinin oktyabr ayının əvvəllərində yaydığı məlumatda qeyd edilirdi ki, İran vətəndaşları ölkədə mövcud olan ağır iqtisadi vəziyyətdən qaçmaq üçün Türkiyədə ev alıb, bu ölkənin vətəndaşı olmağa çalışırlar.

 

Xatırladaq ki, öncələr Türkiyə daşınmaz əmlak sektorunda 1 milyon dollar yatırım edən xaricilərə vətəndaşlıq verirdi. Lakin ötən ildən bu rəqəmi 250 min dollara endirib.

 

Ötən müddət ərzində əcnəbilər daha çox İstanbul, Antaliya və Ankara şəhərlərində mənzil alıblar.

 

Digər tərəfdən, cari ilin 9 ayı ərzində Türkiyədə xarici ölkə vətəndaşları tərəfindən alınan evlərin ümumi sayı da ötən illə müqayisədə 1/3 nisbətində artmaqla, 32628-ə çatıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN