İrana idxal olunan məhsulların inflyasiya həddi 150%-ə çatıb

İrana idxal olunan məhsulların inflyasiya həddi 150%-ə çatıb

GünAz TV: İran Mərkəzi Statistika Komitəsinin yeni yaydığı məlumatda 1397-ci ilin (21 mart-2018- 21 mart 2019-red.) yazından qışın sonuna qədər ölkəyə riyalla edilmiş idxalatın həcmində 149.7% inflyasi qeydə alındığı bildirilir.

 

1396- cı ilin sonunda (mart 2018) riyalın məzənnəsi təqribən 4800 tümən idi. Lakin bir neçə ay sonra məzənnə 13 min, 1397-ci ilin qışında isə hətta 18 min tümənə qədər yüksəlmişdi.

 

İnflyasiya həddi təkcə riyala əsasən qeydə alınmayıb. İdxal edilmiş məhsulların qiymətinin dollar nisbətində də həddən artıq artma müşahidə olunmaqdadır.

 

Son statistikaya görə, dollarla edilmiş idxal məhsulların inflyasiya həddi yuxarıda qeyd edilmiş dövrdə 25%-dən artıq olub.

 

İrana əmtəə ixrac edən Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Çin kimi dövlətlərdə inflyasiya həddinin aşağı olmasını nəzərə aldıqda, İrana dollarla ixdal edilən məhsulların həcmində bu nisbətdə inflyasiyanın qeydə alınması daşıma, sığorta və bu kimi digər xidmətlərin qiymətlərinin yüksəlməsindən irəli gələ bilər.

 

İranın 1397-ci ildə etdiyi ümumi idxalatın həcmi təqribən 40 milyard dollar təşkil edib. İxracatın miqdarı isə 19 milyard dollara yaxın olub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN