İranda benzinin qiymətinin 3 dəfə artırılmasından sonra qida məhsulları kəskin bahalaşıb

İranda benzinin qiymətinin 3 dəfə artırılmasından sonra qida məhsulları kəskin bahalaşıb

GünAz TV: Benzinin qiymətinin 3 dəfə artırılmasından sonra İran rəsmiləri qida və xidmət sektorlarında qiymət balansının qorunub saxlanacağına söz versələr də, bu hal baş verməyib.

 

“İrna” xəbər agentliyinin məlumatına görə, benzinin bahalaşması nəticəsində şəhərdaxili nəqliyyat və daşıma xərclərinin 25- 50% civarında yüksəlməsinə səbəb olub. Bu da təbii ki, dolayısı ilə istehsal qiymətlərinin artmasına və bununla da insanların büdcəsinə öz təsirini göstərəcək.

 

Tehran əyalətinin Ticarət, Mədən və Sənaye Təşkilatının sədri Yədullah Sadeqi “İrna” agentliyi ilə müsahibədə 100 növ daha çox istifadə edilən məhsuldan artıq 16-da qiymət artımının müşahidə edildiyini deyib. O, bahalaşmanın səbəbinin benzinin qiymətinin qaldırılması nəticəsində yük daşıma xidmətlərinin xərclərinin artması olduğunu bildirib.

 

Agentliyin məlumatında pomidorun 14 min və narın 9 mindən 12 min tümənə qədər bahalaşdığı qeyd edilir. Son günlər ərzində bazarlarda mandarin və portağalın qiymətinin də kəskin dərəcədə yüksəldiyi bildirilir.

 

Bahalaşdığı deyilən qida məhsulları içərisində düyü, toyuq və bəzi makaron növləri də var.

 

Digər tərəfdən, inşaat malları içərisində tavan konstruksiyasında istifadə olunan dəmirlərin qiymətində 70- 80 min tümənlik bahalaşma müşahidə edilir.

 

“İrna” sonda bahalaşmanı “narahat edici” və “məntiqsiz” adlandırmaqla, məsulların qiymət artımının qarşısını alacaqları ilə bağlı səsləndirdikləri fikirləri bir daha xatırladıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN