İranda dollar 15 min tümənə qədər qalxıb

İranda dollar 15 min tümənə qədər qalxıb

GünAz TV: Mayın 5-də İranda dollar yenidən bahalaşmağa başlayıb.

 

Ölkənin Mərkəzi Bankının yaydığı rəsmi rəqəmlərə əsasən, gün ərzində dolların məzənnəsi 14 min 900 tümənə qədər yüksəlib. Avronun məzənnəsi də yüksələrək, 16 min 600 tümənə çatıb.

 

Bahalaşma son günlər İran valyuta bazarlarında müşahidə olunurdu, lakin Amerikanın İrandan neft idxal edən istisna ölkələrə verdiyi möhlət müddətini uzatmamaqla bağlı qərarını açıqlamasından sonra proses daha da kəskinləşib.

 

İran yerli media orqanlarında yayılan məlumatlara görə, dünən gün ərzində dolların məzənnəsində kəskin artım olsa da, günün sonlarına cüzi azalma müşahidə olunub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN