İranda dolların məzənnəsi 13 min tümənə qədər yüksəlib

İranda dolların məzənnəsi 13 min tümənə qədər yüksəlib

GünAz TV: İranda son günlər ərzində Amerika Birləşmiş Ştatları dollarının məzənnəsini yenidən bahalaşmağa başlayıb.

 

Bu gün qeyri-rəsmi məzənnə yayınlayan bir neçə saytda dərc edilən valyuta xəbərləri dolların yenidən 13 min tümənə qədər bahalaşdığını göstərir. Hər avronun qiyməti isə 14525 tümən təşkil edir.

 

Saytlardan birinin məlumatına əsasən, hazırda valyuta dəyişmə məntəqələrindən kənarda edilən müamilərdə 1 dolların 13100 tümənə dəyişildiyi bildirilir.

 

Noyabr ayının 15-də İranda benzinin bahalaşmasında sonra bu ölkədə xarici valyuta hər gün bahalaşmağa başlayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN