İranda dolların məzənnəsi 14 min tüməni keçib

İranda dolların məzənnəsi 14 min tüməni keçib

GünAz TV: İranda qızıl və xarici valyutanın dəyəri sürətlə bahalaşmağa davam edir.

 

Bu gün yayılan məlumatlara əsasən, ölkənin valyuta bazarında 1 dollar 14,050 tümən qarşılığında müamilə edilir. Bu isə öz növbəsində, son 6 ayda ən yüksək göstərici hesab edilir.

 

Avronun məzənnəsi isə 15,520 tümənə qədər yüksəlib.

 

Qeyd etmək lazımdır ki, İranda noyabrın 15-də benzinin qiymətinin bahalaşdırılması və bu sahəyə kvota sisteminin tətbiq edilməsindən sonra xarici valyuta və qızılın qiyməti yüksəlməyə başlayıb. Bir neçə gün öncə gələn ilin büdcə layihəsinin təqdim edilməsindən sonra isə bu proses daha da kəskinləşib

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN