İranda dolların məzənnəsi son 6 ayda ən yüksək həddə çatıb

İranda dolların məzənnəsi son 6 ayda ən yüksək həddə çatıb

GünAz TV: İranda son günlər qızıl qiymətləri və xarici valyutanın məzənnəsinin bahalaşma prosesi davam edir.

 

Bu gün ölkədə dolların məzənnəsi 13800 tümənə qədər yüksəlib. Bu, son 6 ay ərzində ən yüksək hədd hesab edilir.

 

Yerli valyuta xəbərləri dərc edən saytların məlumatlarına əsasən, ölkədə avronun dəyəri 15275 tümənə, hər qızıl sikkəsinin qiyməti isə 4 milyon 720 min tümənə qədər artıb.

 

Qeyd etmək lazımdır ki, İranda noyabrın 15-də benzinin qiymətinin bahalaşdırılması və bu sahəyə kvota sisteminin tətbiq edilməsindən sonra xarici valyuta və qızılın qiyməti yüksəlməyə başlayıb. Bir neçə gün öncə gələn ilin büdcə layihəsinin təqdim edilməsindən sonra isə bu proses daha da kəskinləşib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN