İranda maşın ehtiyat hissələri istehsal edən şirkətin rəhbəri böyük miqdarda qaçaqmalçılığa görə həbs edilib

2019-10-03

GünAz TV: Tehran prokurorluğu “Ezam Avtomobil Ehtiyat Hissələri Şirkəti”nin direktoru Abbas İrəvaninin ehtiyat hissələrinin qaçaqmalçılığı istiqamətində cinayətkar qruplaşma yaratma və gömrük işçilərinə rüşvət verməklə, ölkə iqtisadiyyatına zərər vurduğu üçün “yer üzündə fəsad törətmək” ittihamı ilə həbs edildiyi barədə məlumat yayıb.

 

İran Cinayət Məcəlləsinin 286-cı maddəsinə əsasən, bu ittihamla həbs edilən şəxslər edama məhkum edilə bilərlər.

 

Dünən İrəvanidən başqa, digər 6 müttəhimin də iştirakı ilə cinayət işi üzrə ilkin məhkəmə prosesi keçirilib. Həmin 6 nəfərdən 2-sinin Abbas İrəvaninin şirkətinin əməkdaşı, digər 4-nün isə gömrük işçiləri olduğu deyilir.

 

Tehran Prokurorluğunun nümayəndəsinin sözlərinə görə, bu 6 nəfər İrəvaninin tapşırıqları əsasında maşın ehtiyat hissələrinin qaçaqmalçılığı sahəsində böyük cinayətkar şəbəkə qurub. O əlavə edib ki, İrəvani öz mütəşəkkil və professional şəbəkəsinin köməkliyi ilə 764 milyon dollar dəyərində hesablanan avtomobil ehtiyat hissələrini qaçaq yolla ölkəyə gətirib. Həmin məhsulların milli pulla dəyəri 1 dollar 11400 tümən valyutası əsasında 8700 milyard tümən edir.

 

Məhkəmə iclasında dövlət ittihamçısı Abbas İrəvaninin banklara 3 milyard tüməndən çox gecikdirilmiş borcunun da olduğunu hakimin diqqətinə çatdırıb.

 

Prokurorun sözlərinə görə, İrəvaninin rüşvət verdiyi şəxslər arasında Milli Bankın sabiq icraçı direktoru Məhəmməd Xavəri də var. Xatırladaq ki, bir müddət əvvəl 3 milyard tümənlik korrupsiya faktında adı çəkilən Xavəri Kanadaya qaçıb və hazırda orada yaşayır.

 

Qeyd etmək lazımdır ki, “Ezam Avtomobil Ehtiyat Hissələri Şirkəti” İranın bu sahədə ixtisaslaşmış ən böyük istehsal müəssisələrindən biridir. Müəssisənin ölkənin bir neçə bölgəsində yerləşən 12 törəmə istehsal şirkəti var. Şirkətlərin illik gəliri ümumilikdə 400 milyard tümən civarında ölçülür.

 

Abbas İrəvani son illərdəki fəaliyyətləri vasitəsilə daim ölkə gündəmini zəbt edib. Onun tez-tez iqtisadi layihələrin açılışlarında, eləcə də ölkənin Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Şəriətmədari, Hüseyn Dehqan, Əli Cənnəti, Sadiq Xərazi, Mahmud Vaizi, Mahmud Ələvi, Məhəmmədbağır Qalibaf və Məhəmmədrza Nemətzadə kimi rəsmilərilə təkbətək görüşləri zamanı çəkilmiş fotoları sübut edir ki, İrəvaninin dövlətlə yaxın münasibətləri olub.

 

O, bir dəfə özü bildirmişdi ki, “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin tapşırığı ilə İraqda dini məbədləri təmir etdirib və 18 mindən çox uşağın məişət və qida problemini həll edib.

 

Abbas İrəvani xeyriyyə və dini tədbirlər də təşkil edib. Onun keçirtdiyi bu cür tədbirlərdə yüksək vəzifəli dövlət məmurları da iştirak edib.

 

Sadalanan faktlar göstərir ki, Abbas İrəvaninin cinayət əməllərində bir çox dövlət rəsmisinin payı olub. Həmin rəsmilərin əməllərinin üzə çıxmaması üçün Abbas İrəvaninin edam hökmünə məhkum ediləcəyi ehtimal edilir.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV May.30.2020: 7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

2020-05-30

gun az article

İranda koronavirusa yoluxan və ölənlərin sayı yenidən artıb

2020-05-30

gun az article

İran rejiminin təhlükəsizlik qüvvələri noyabr etirazlarında öldürdükləri Puya Bəxtiyarinin qəbrini təhqir ediblər

2020-05-30

gun az article

İranda bütün məscidlər açılıb, "mall"lara qoyulan qadağalar aradan qaldırılıb

2020-05-30

gun az article

Ağ Evdən Xamneyinin statuslarına reaksiya: "Twitterin terroristlər və diktatorların mesajları ilə problemi yoxdur"

2020-05-29

gun az article

İran işğalçı Ermənistan rejimi ilə ticari əlaqələri daha da genişləndirir

2020-05-29

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 961 nəfərə çatıb

2020-05-29

gun az article

Küveyt Amerikadan 84 ədəd Patriot raketi alır

2020-05-29

gun az article

GünazTV May.29.2020: İçməli su böhranı və müharibədən daha çətin olan vəziyyət

2020-05-29

gun az article

İranın 4-cü tankeri Venesuelaya çatıb

2020-05-29

gun az article

İranda daha 50 nəfər koronavirusdan ölüb, 2819 nəfər isə xəstəliyə yoluxub

2020-05-29

gun az article

İranın Dehdəşt şəhərində zəlzələ baş verib

2020-05-29

gun az article

İran parlamentinin keçmiş spikeri Əli Laricani iki yeni posta təyin edilib

2020-05-29

gun az article

İranla Hindistan arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb

2020-05-29

gun az article

Sərdəştdə baş verən silahlı qarşıdurmada milliyyətcə azərbaycanlı olan 3 sərhədçi həlak olub (Xəbər yenilənib)

2020-05-29

gun az article

Tehranda “yasaq” olunmuş kitabları satan 11 nəfər həbs edilib

2020-05-28

gun az article

Loristanda koronavirusa yoluxanların sayı 3998 nəfərə çatıb

2020-05-28

gun az article

Türkiyənin İrandan qaz alışı əhəmiyyətli dərəcədə azalıb

2020-05-28

gun az article

İranda son sutka ərzində daha 63 nəfər koronavirusdan ölüb

2020-05-28

gun az article

Amerika İranın iki nüvə rəsmisinə qarşı sanksiya qəbul edib

2020-05-28