İrandan Əfqanıstana ixrac edilən minlərlə ton keyfiyyətsiz neftin qarşısı alınıb

İrandan Əfqanıstana ixrac edilən minlərlə ton keyfiyyətsiz neftin qarşısı alınıb

GünAz TV: Əfqanıstanın Neft və Qaz İdarəsinin rəisinin müavini Əhməd Cahid Cövhəri ötən 3 ay ərzində İrandan bu ölkəyə idxal edilən 5 min tondan çox keyfiyyətsiz neftin geri qaytarıldığını deyib.

 

Onun sözlərinə görə, bu səbəbdən İrandan Əfqanıstana idxal edilən neftin həcmində də ciddi azalma müşahidə edilib.

 

Əhməd Cahid Cövhəri bildirib ki, artıq Əfqanıstan neft keyfiyyəti ilə bağlı standartları dəyişdiyindən, İranın aşağı keyfiyyətdə göndərdiyi qara qızıl bu ölkəyə daxil ola bilmir.

 

Digər tərəfdən, ölkənin Ticarət Palatasının sözçüsü idxal edilən neftin keyfiyyət səbəbindən İrana geri qaytarılmasının ölkədə heç bir problem yaratmadığını deyib. Çünki Əfqanıstan digər ölkələrdən də qara qızıl idxal edir və bu çatışmazlığı onlar vasitəsilə kompensasiya edir.

 

Qeyd etmək lazımdır ki, Əfqanıstan Mərkəzi Asiya ölkələri və Rusiyadan hər il təqribən 3 milyon tondan çox neft alır. İranın bu sahədə payı illik 1 milyon 500 ton barel civarında ölçülür.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN