İrandan xaricə həyata keçirilən uçuşlar 20% azalıb

İrandan xaricə həyata keçirilən uçuşlar 20% azalıb

GünAz TV: İran Hava Yolları Şirkətləri Assosiasiyasının katibi Maqsud Əsədi bildirib ki, hicri təqvimlə 1397-ci ildə (mart 2018-mart 2019-red.) İrandan xarici ölkələrə həyata keçirilən uçuşların həcmində 20% azalma müşahidə olunub.

 

Əsədinin sözlərinə görə, bunun əsas səbəbi ölkə əhalisinin maddi vəziyyətinin kəskin aşağı düşməsidir.

 

İran təyyarələrinin Türkiyə hava limanlarında yanacaq doldurması ilə bağlı gedən müzakirələrdən də danışan katib qeyd edib ki, rəsmi Ankara hələ ki, bununla bağlı qəti qərarın açıqlamayıb: “Amerikanın nüvə razılaşmasından çıxması və sanksiyalar qəbul etməsindən sonra Türkiyə öz hava limanlarında İran təyyarələrinə yanacaq verməyi dayandırıb. Bu xüsusda müzakirələr davam etsə də, hələ ki, konkret nəticə əldə edilməyib”- deyə Məqsud Əsədi əlavə edib.

 

Qeyd etmək lazımdır ki, ötən bir il ərzində İranın bütün sahələrində olduğu kimi, aviasiya sahəsində də kəskin böhran yaşanır. Bir müddət əvvəl yayılmış məlumatlarda isə əmək haqlarının aşağı olması, ağır həyat və iş şəraiti, eləcə də mövcud ağır iqtisadi vəziyyət səbəbindən iranlı pilotların kütləvi olaraq ölkəni tərk etdiyi bildirilirdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN