İranın bütün silahlı qüvvələrinin pensiya fondları çökmək üzrədir

İranın bütün silahlı qüvvələrinin pensiya fondları çökmək üzrədir

GünAz TV: “Fox News” televiziyası Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Şurasının təqdim etdiyi sənədlərə əsasən, İranın bütün silahlı qüvvələrinin pensiya fondlarının çökmək üzrə olduğu barədə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, İranın Silahlı Qüvvələrin Sosial Müdafiə Fondu da daxil olmaqla, ümumilik 18 pensiya fondundan 17-si maddi baxımdan müflüs olub və çökmək üzrədir.

 

Telekanal qeyd edib ki, fondların çökməsinin səbəblərindən biri də Amerika prezidenti Donald Trampın İran rejiminin terror təşkilatlarına göstərdiyi maddi və hərbi yardımı dayandırıb, öz millətinə sərf etməsinə sərf etməsi üçün tətbiq etdiyi sanksiyalar da rol oynayıb.

 

“Fox News” həmçinin Ağ Evin hazırladığı hesabata istinadən İranın əmlak bazarının da ağır vəziyyətdə olduğunu bildirib.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində neft ixracatı həddindən artıq azaldığından, İranın iqtisadiyyatı günbəgün geri getməkdədir. Hazırda ölkə günlük yalnız 120 min barel neft sata bilir. Bu isə öz növbəsində iqtisadiyyatın bütün sektorlarına mənfi təsirlərini göstərir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN