İranın Çinə ixrac etdiyi neftin həcmi kəskin azalıb

İranın Çinə ixrac etdiyi neftin həcmi kəskin azalıb

GünAz TV: Çinin Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, iyun ayı ərzində İranın bu ölkəyə ixrac etdiyi neftin həcmi kəskin azalıb.

 

Belə ki, cari ilin iyun ayında İrandan Çinə gündəlik 208 min 205 barel neft göndərilib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 60% azalma deməkdir.

 

May ayı ərzində isə İran hər gün Çinə təxminən 254 min barel neft satıb. Ümumilikdə, Çin cari ilin ilk 6 ayı ərzində İrandan gündəlik orta hesabla 437 min barel neft ixdal edib.

 

2018-ci ilin noyabrında Amerikanın İranın neft sektoruna qarşı sanksiya qəbul etməsindən öncə Çin bu ölkədən gündəlik 690 min barelə yaxın neft alırdı.

 

ABŞ-ın may ayının əvvəlində İrandan qara qızıl idxal edən ölkələrə tanıdığı istisna müddətini uzatmamasına baxmayaraq, Çinin bəzi şirkətlərinin bu ölkədən gizli yollarla neft aldığı barədə məlumatlar var.

 

Amerikanın Maliyyə Nazirliyi iyulun 22-də özünün rəsmi saytında bəyanat yayaraq, beynəlxalq sanksiyaları pozmaqla, İrandan neft idxalını davam etdirən Çinin “Zhuhai Zhenrong” şirkəti və onun müdiri xanım Youmin Li-yə qarşı sanksiya tətbiq etdiyini bildirib.

 

Bundan başqa, navigasiya şirkətləri Çinin “Sinopek” və “SNPS” şirkətlərinin İranın onlara ödəməli olduğu borcunun əvəzində bu ölkədən günlük 186 min barel neft aldıqları barədə məlumatlar yayıblar.

 

Qeyd etmək lazımdır ki, bu iki şirkət İranın “Azadeqan” və “Yadavəran” yataqlarının işlənməsi işlərini həyata keçirib. Tərəflər arasında imzalanmış müqaviləyə görə, İran bunun ödənişini onlara nağd pulla deyil, neftlə ödəməlidir. “Politiko” nəşri bu yaxınlarda həmin şirkətlərin İrandan borclarını tam ala bilmələri üçün Amerikayla müzakirələr apardıqları barədə məlumat yaymışdı. Şirkətlər Amerikadan İrandan neft alışını davam etdirdikləri təqdirdə, onlara qarşı sanksiya tətbiq etməməyin istəyir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN