İranın qaz kondensat ixracatı sıfıra düşüb

İranın qaz kondensat ixracatı sıfıra düşüb

GünAz TV: İranın Neft, Qaz və Petrokimya Məhsulları İrxacatçıları Assosiasiyasının sözçüsü Həmid Hüseyni sanksiyalar səbəbindən xarici ölkələrə satılan qaz kondensatın həcminin təqribən sıfıra endiyini deyib.

 

Onun sözlərinə görə, cari ilin aprel ayından avqusta qədər edilmiş qaz kondensat ixracatının həcmi ötən illə müqayisədə 9 faiz azalmaya məruz qalıb. Sözçü bu ilin göstəricilərini açıqlamasa da, ötən il İran qeyd edilən aylar ərzində ümumilikdə 4 milyon 167 min ton qaz konsendant ixrac etmişdi. Buna görə də, İranın sözügedən məhsuldan cari ilin aprel ayından avqusta qədər 3.7 milyon ton satdığını təxmin etmək olar.

 

İran qaz konsendantı qeyri-neft məhsulu kimi ixrac edir və sanksiyalardan öncə bu məhsulun qeyri-neft ixracatında payı 25% təşkil edirdi.

 

İxracatda kəskin azalmanın səbəblərindən biri gündəlik 360 min barel qaz konsendatı benzin kimi müxtəlif neft məhsullarına çevirmək gücünə sahib olan  Körfəz Ulduzu Neft Ayırma Zavodunun işə salınması hesab edilir.

 

Bununla belə, İran hazırda gündəlik istehsal etdiyi qaz konsendatın böyük hissəsini daxili istehlaka sərf etsə də, lakin 150 mindən 200 min barelə qədər artıq məhsulu qalır. Həmid Hüseyni bildirir ki, artıq qalan məhsulun ixracatı təqribən 0 həddindədir.

 

Qaz Konsendatın istehsalı qaz istehsalı ilə birgə olduğundan, İran bu prosesi dayandıra bilməz. Buna görə də, ölkə artıq qalan məhsulu depolamağa məcburdur.

 

“Kpler” beynəlxalq naviqasiya şirkətinin yaydığı son məlumata əsasən, İranın avqust ayında anbarlara yığdığı neft və qaz konsendatın həcmi 120 milyon barelə çatıb.

 

Xatırladaq ki, İran 2017-ci ildə, yəni sanksiyaların tətbiqindən öncə ümumi dəyəri 7 milyard dollar ölçülən 17 milyon ton qaz konsendat satmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN