İraq İrandan məhsul idxalatını dayandırır

İraq İrandan məhsul idxalatını dayandırır

GünAz TV: İraq hökuməti İran və Küveytlə xarici ticarət əlaqələrini dayandıracaq.

 

Bu barədə məlumat yayan İran Sərhəd Limanları Komissiyası qərarın koronavirusun İrandan Küveyt və İraqa yayılması səbəbindən qəbul edildiyini bildirib. Beləliklə, İraq hər iki ölkə ilə ticari əlaqələrini cari həftənin şənbə günündən 1 həftə müddətinə dayandıracaq.

 

Komisssiyanın bəyanatına əsasən, bu ölkələrdən idxalatın dayandırılması Ticarət və Səhiyyə Nazirlikləri, eləcə də Sərhəd Qoşunları Komandanlığı və digər rəsmi qurumlar ilə birlikdə keçirilmiş iclasda koronavirusun İraqda daha da yayılmasının qarşısını almaq üçün qəbul edilib.

 

Sözügedən ölkələrdən məhsul ixracatına müvəqqəti olaraq son verilməsi ilə bağlı qərar İraqda koronavirusdan ilk ölüm halı qeydə alındıqdan bir neçə saat sonra qəbul edilib.

 

Xatırladaq ki, ötən həftə İraq və Küveyt rəsmiləri İrandan bu ölkələrə qayıdan bir neçə şəxsi qeyd edilən xəstəliyə tutulduğu barədə məlumat yaymışdılar.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu günə qədər İraqda 26, Küveytdə isə 56 nəfərin koronavirusa yoluxduğu qətiləşib.

 

Komissiya həmçinin İran və Küveytdə qalan ölkə vətəndaşlarına martın 15-nə qədər xüsusi ayrılmış təyyarələr vasitəsilə Bağdad və Bəsrə hava limanları istiqamətində ölkəyə qayıtmaq üçün möhlət verib. Onlar İraqa geri döndükdən sonra müayinədən keçəcəklər.

 

Komissiya qərarın İraq xalqı və dövlət qurumlarının davamlı tələblərindən sonra qəbul edildiyini bəyan edib.

 

Bir neçə gün öncə koronavirus səbəbindən İraq İranla sərhədlərini bağlamış və bu ölkə vətəndaşlarının İraqa səfərinin qarşısını almışdı. Lakin martın 1-də İran rəsmiləri İraqın məhsul idxalatı üçün İranla sərhədi açdığını iddia etmişdilər.

 

İraq İrandan müxtəlif məhsullar alan başlıca ölkədir. Ötən il İran bu ölkədən 13 milyard dollar dəyərində elektrik, qaz və qida məhsulları idxal etmişdi.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN