Məlikanın millət vəkili: Məşğulluq səviyyəsi ilə bağlı statistik rəqəmlər həqiqəti əks etdirmir

Məlikanın millət vəkili: Məşğulluq səviyyəsi ilə bağlı statistik rəqəmlər həqiqəti əks etdirmir

GünAz TV: Güney Azərbaycanın müxtəlif bölgələrində yaşanan iqtisadi gərginlik və işsizlik problemi vaxtaşırı millət vəkillərinin etirazına səbəb olur.

 

Məlikanın (Məlikkəndi) İran parlamentindəki millət vəkili Salman Xudadadı məşğulluq səviyyəsi ilə bağlı açıqlanan statistik rəqəmlərin həqiqəti əks etdirmədiyini bildirib.

“Ən böyük arzularımdan biri ölkədə işsizlik səviyyəsinin aşağı düşməsidir. Bu, həm də açıqlanan statistik rəqəmlərə görə deyil, sözün əsl mənasında baş verməlidir. Ona görə ki, məşğulluq səviyyəsi ilə bağlı elan olunan rəsmi rəqəmlər reallıqla təzad təşkil edir və həqiqəti əks etdirmir”- deyə o vurğulayıb.

 

Millət vəkili Həsən Ruhami hakimiyyətinin fəaliyyətini bir neçə sahədə uğursuz adlandırıb. “Hökumət yoxsulların şəhər həndəvəri və qanunsuz yaşayış məntəqələrində məskunlaşması, işsizlik və insanların böyük şəhərlərə mühacirət ilə bağlı düzgün siyasət həyata keçirməyib, bu sahələrdə olan problem hələ də öz həllini tapmayıb”- deyə millət vəkili əlavə edib.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN