Millət bankı cinayət işi üzrə tutulanlar bankın pulu ilə özlərinə gəmi alıbmışlar

Millət bankı cinayət işi üzrə tutulanlar bankın pulu ilə özlərinə gəmi alıbmışlar

GünAz TV: Dövlət ittihamçısı Rəsul Qəhrəmani Millət və Parsiyan banklarının icraçı direktoru Əli Divandəri və cinayət işi üzrə təqsirli bilinən digər şəxslərin bu gün keçirilmiş məhkəmə iclasında bildirib ki, müttəhimlər bankın pulu ilə öz adlarına 2 gəmi alıblar.

 

Əli Divandəri, Məcid Səadəti, Bəhruz Muxtari, Rəhmətullah Baxtəri, Mehdi Fəllahətiyan, İsmayıl Əhədi, Səmanə Həzrəti Aştiyani, Vəhid Namazi və Hüseyn Əbülhəsəni cinayət işi üzrə təqsirləndirilən şəxslərdirlər.

 

Rəsul Qəhrəmani qeyd edib ki, sanksiyalar zamanı “Daris Kiş” adlı şirkət də Millət bankından mənimsənmiş pullardan istifadə etməklə təsis edilib.

 

O əlavə edib ki, müttəhimlər Əli Divandərinin rəhbərliyi, Məcid Səadəti və Bəhruz Muxtarinin aktiv iştirakı ilə sözügedən bankdan mənimsənilən pullar vasitəsilə özlərinə 2 gəmi alıblar.

 

Dövlət ittihamçısı sonda bildirib ki, Əli Divandərinin rəhbərliyi ilə maliyyə fırıldaqlarını Millət bankında Məcid Səadəti, Parsiyan bankında isə Bəhruz Muxtari həyata keçirib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN