Misbahi Müqəddəmdən etiraf: “Korrupsiya İran iqtisadiyyatında kök atıb”

Misbahi Müqəddəmdən etiraf: “Korrupsiya İran iqtisadiyyatında kök atıb”

GünAz TV: İranın Ali Məsləhət Şurasının üzvü Qulamrza Misbahi Müqəddəm rüşvətxorluğun ölkəni bürüdüyünü etiraz edib.

 

O, iqtisadi sahələrlə bağlı iştirak etdiyi tədbirdə hökumət qurumlarından tutmuş, şirkətlərə qədər korrupsiyanın İranda özünə yuva saldığını deyib. Rəsminin sözlərinə görə, son dövrlər məhkəmə sisteminin istər öz daxilində, istərsə də digər qurum və təşkilatlarda korrupsiya faktlarına görə həbs etdiyi rəsmilər bunun göstəricisidir.

 

 Qulamrza Misbahi Müqəddəm həmçinin iddia edib ki, məhkəmə sistemi İranda rüşvətxorluqla mübarizə istiqamətində “effektiv fəaliyyət göstərir”.

 

“İran iqtisadiyyatında rüşvətxorluğun özünə yuva qurması məlum məsələlərdəndir. Məhkəmə sistemi bu istiqamətdə heç kəsə, hətta özünün də 1-ci dərəcəli rüşvətxor məmurlarına qarşı da qəti addımlar atıb. Bütün orqanlar rüşvətxor əməkdaşlarına qarşı intizam tədbirləri görməli, iqtisadiyyatın şəffaflaşması üçün addımlar atmalıdırlar”,- deyə Ali Məsləhət Şurasının üzvü əlavə edib.

 

Misbahi Müqəddəm İranın rüşvətxorluğun ən çox yayıldığı ölkələrin reytinq cədvəlində ən son pillələrdə qərarlaşdığını da etiraf edib. Bununla belə, o, tədbir zamanı çıxışının böyük hissəsini mövcud rejimi öyməyə həsr edib.

 

Qeyd etmək lazımdır ki, iranlı rəsmilərin və ölkə qurumlarının korrupsioner fəaliyyətləri daim dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Amerika Birləşmiş Ştatları dəfələrlə Əli Xamneyi başda olmaqla, İran rejimi məsullarının və axundlarının rüşvətxor fəaliyyətləri və bu yolla əldə etdikləri böyük məbləğdə pulları ifşa edən məlumatlar yayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN