Möhsün Rzayi: “Neft sata bilsək də, pulunu ölkəyə gətirə bilmirik”

Möhsün Rzayi: “Neft sata bilsək də, pulunu ölkəyə gətirə bilmirik”

GünAz TV: İranın Ali Məsləhət Şurasının sədri Möhsün Rzayi ölkənin Amerika Birləşmiş Ştatlarının ölkəsinə qarşı qəbul etdiyi sanksiyaların iqtisadiyyatı ağır vəziyyətə saldığını etiraf edib.

 

Onun sözlərinə görə, İran bu vəziyyətdən çıxmaq üçün “inqilab və İraq müharibəsi dövründəki düsturları”nı işə salmalıdır.

 

Möhsün Rzayi Amerika Birləşmiş Ştatları və Avropanın nüvə razılaşmasında üzərilərinə götürdükləri “böyük məsuliyyətlər”ə əməl etməməkdə ittiham edib: “Avropalılar nüvə razılaşması zamanı İranın Avropadan petrokimya və neft emalı ilə bağlı texnologiyalar idxal edə, bütün Avropada bank aça biləcəyi və İrandan neft alacaqları ilə bağlı öhdəliklər götürsələr də, amma Trampın prezident seçiməsindən sonra heç bir vədlərinə əməl etmədilər”- deyə Ali Məsləhət Şurasının sədri əlavə edib.

 

O, həmçinin Avropa Birliyinin İranla ticari əlaqələri davam etdirmək üçün təsis etdiyi maliyyə kanalına da toxunub və bunu “təhqir” adlandırıb.

 

Qeyd etmək lazımdır ki, bu maliyyə kanalı İrandan Avropa ölkələrinə təqribən 800 milyon- 1 milyard dollar arasında qeyri- neft məhsullarının ixracatını nəzərdə tutur. İrandan məhsul alan ölkə və şirkətlər pulu bu kanala ödəyəcəklər. Bu pul isə İranın Avropa ölkələri və şirkətlərindən idxal etdiyi məhsulların əvəzində onlara ödəniləcək.  

 

Möhsün Rzayinin sözlərinə görə, İngiltərə, Fransa və Almaniyanın hərəyə 1000 avro sərmayə qoyaraq, bu kanalı təsis etməsi İranı “təhqir etmək” olduğuna görə, “onun əvəzində nəhəng milli sərmayədən istifadə etməliyik”.  Rzayi bu “nəhəng milli sərmayə”nin nədən ibarət olduğunu açıqlamasa da, başda Zərif olmaqla, bu kanalı dəstəkləyən rəsmilərə xitabən bildirib ki, “ölkəmizdəki bəzi dostlarımız keçmişə baxsalar, necə çətinliklərdən çıxdığımızı görərlər”.

 

Xatırladaq ki, bir müddət əvvəl İran xarici işlər naziri Məhəmməd Cavad Zərif “İranın hazırki şəraitdə neft sata və öz iqtisadi gücünü qoruya bildiyi”ni demişdi. Zərif Avropa Birliyinin təsis etdiyi maliyyə kanalına işarə edərək, Birliyə daxil olan ölkələrin İranla ticari əlaqələri davam etdirmək və nüvə razılaşmasının qorunub saxlanmasında maraqlı olduqlarını nəzərə alaraq, ölkəsinin “Amerika Birləşmiş Ştatlarının sanksiyalarına qalib gələ biləcəyini” demişdi.


Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN