Qərbi Azərbaycanda ali təhsilli işsiz insanların sayı on minlərlədir

Qərbi Azərbaycanda ali təhsilli işsiz insanların sayı on minlərlədir

GünAz TV: Güney Azərbaycanın digər vilayətləri kimi, Qərbi Azərbaycan Vilayətində də işsizlik və yoxsulluq hökm sürür.

 

Bu barədə Qərbi Azərbaycan İctimai Rifah, İş və Korporasiya İdarəsinin rəisi Rza Tağızadə statistik məlumat açıqlayıb.

 

“Qərbi Azərbaycanda işsizlik səviyyəsi olduqca yüksəkdir. Bu problem ali təhsilli insanları da əhatə edir. Hazırda rəsmi statistikaya görə, 115000 nəfər işsizdir, onlardan 37000-i ali təhsillidir”- deyə o mətbuata bildirib.

 

Rza Tağızadə işsizlik səviyyəsinin ali təhsilli gənclər arasında günü-gündən artdığını vurğulayaraq problemim aradan qaldırılması üçün ciddi tədbirlərə ehtiyac olduğunu deyib.

 

Qeyd edək ki, İranda həftədə bir saat işləyən vəya iş yerini müvəqqəti olaraq itirən şəxslər işsizlər siyahısında yer almır, Bunu nəzərə alaraq rəsmi işsizlərin sayı ilə real işsizlərin sayı arasında olan ciddi fərqi təxmin etmək mümkündür.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN