"Samsung"un ardınca "LG" də İran bazarını tərk edib

GünAz TV: İran Audio-Vizual Avadanlıqlar Assosiasiyasının İdarə Heyətinin sədri Əlirza Musəvi Məcid Cənubi Koreya markaları "Samsung" və "LG"-nin İran bazarı ilə vidalaşdığını bəyan edib.

 

O, bunun səbəbini Koreya şirkətlərinin iranlı şirkətlərlə əməkdaşlığı dayandırmaları, eləcə də onlara lazım olan məhsulları və xammalı təhvil verməkdən imtina etmələri ilə əlaqələndirib.

 

Hər iki şirkət Amerika Bİrləşmiş Ştatlarının rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyalara görə iranlı tərəfdaşları ilə əməkdaşlığı dayandırıb.

 

Əlirza Musəvi Məcid iddia edib ki, ölkəsi Koreyadan daha öncələr idxal etdiyi lazımi avadanlıqlara əsaslanaraq, "Samsung" və "LG"-nin İran getməsi ilə İran bazarında yaranan boşluğu doldurmaq üçün qarşıdakı aylarda paltaryuyan, soyuducu, monitor, televizor və s. bu tipli digər elektrik məişət avandanlıqları istehsal etməyə başlayacaq.

 

Xatırladaq ki, ötən gün "Samsung" şirkəti Amerika sanksiyaları səbəbindən İran bazarından çıxdığını bəyan etmişdi. Şirkət İranın mobil telefon bazarında 60% paya sahib idi.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN