Şərqi Azərbaycan Vilayətində işsizlik səviyyəsi artıb

Şərqi Azərbaycan Vilayətində işsizlik səviyyəsi artıb

GünAz TV: Güney Azərbaycanda işsizlik səviyyəsi ölkənin əksər vilayətləri ilə müqayisədə yüksəkdir, fərq uçurumu getdikcə böyüyür.

 

Məlumata görə, İran  Statistika Mərkəzi ötən il (hicri-şəmsi təqvimi ilə 1395-ci il) üçün işsizlik səviyyəsi ilə bağlı yekun rəqəmləri açıqlayıb. Statistik məlumata əsasən, Şərqi Azərbaycan Vilayətində işsizlik səviyyəsi öncəki ilə nisbətən daha da artaraq 10.8 faizə çatıb. Bu rəqəm 1394-cü ildə 7.3 faiz olub.

 

Məlumatda bildirir ki, cari ildə işsizlik səviyyəsinin 12.4 faizə yüksələcəyi gözlənilir.

 

Şərqi Azərbaycan Vilayətində ötən il iqtisadiyyat sahəsində fəal olanların səviyyəsi 41 faiz təşkil edib, bu rəqəm 1394-cü ildə 39.3 faiz olub. Qeyd olunan rəqəmlər, iqtisadiyyat sahəsində çalışanların işsizlər vəya rəsmi işlərə qəbul olanların sırasına keçməsi ilə dəyişir.

 

Qeyd edək ki, İranda bütün türk bölgələrində iqtisadi tənəzzül getdikcə dərinləşir. Buna səbəb iş adamlarının bölgəyə hakim kəsilən iqtisadi gərginlikdən dolayı məntəqəni tərk etməsi və bölgəyə dövlət tərəfindən sərmayə yatırılmamasıdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN