Şərqi Azərbaycana qoyulan yatırım yetərli deyil - Valilik rəsmisi

Şərqi Azərbaycana qoyulan yatırım yetərli deyil - Valilik rəsmisi

GünAz TV: Azərbaycan şəhərlərinin yerli məsulları işsizlik problemini aradan qaldırmaq üçün əlavə yatırımlara ümid bəsləyir.

 

“Borna” xəbər agentliyinin yaydığı məlumata görə, Şərqi Azərbaycan Valiliyinin Yatırım İşləri üzrə Şöbə rəisi Həmid Haşimzadə bölgədə məşğulluq səviyyəsinin yüksəlməsi üçün əlavə yatırımlara ehttiyac olduğunu bildirib.

 

“Yatırım, məşğulluğun başlanğıcıdır. Lakin bugünkü mövcud yatırımın əsas mənbəyi dövlət, xüsusi şirkətlər və banklardır. Bu isə yetərli deyil, bölgəyə xarici yatırımçılar cəlb olunmalıdır”- deyə o vurğulayıb.

 

Valilik rəsmisi əlavə edib ki, “istehsal və məşğulluq iqtisadi müstəqilliyin iki qanadıdır, ona görə də bu sahələrdə daha böyük nailiyyətlərə imza atmalıyıq. Yalnız belə olan halda, ölkə iqtisadiyyatını durğunluqdan qurtararaq əhalinin rifahını təmin etmək mümk olacaq.”

 

H.Haşimzadə sözlərinin sonunda ölkədə yaşanan işsizlik böhranına xüsusi diqqət çəkib. “Ölkənin ən köklü problemlərindən biri işsizlik böhranıdır. Gənclərin işlə təmin edilməsi olduqca önəmli məsələdir, buna ciddi yanaşılmalıyıq”- deyə o xüsusi vurğulayıb.

 

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində iqtisadi mühitdə olan gərginlik, işsizlik, bahalıq və inflyasiya əhalinin əsas problemi olaraq qalmaqdadır, dövlətin bu məsələyə laqeyd yanaşması vaxtaşırı yerli məsulların da etirazına səbəb olur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN