Səudiyyə Ərəbistanı iyun ayından etibarən dünya neft bazarında İranı əvəz etməyə hazır olduğunu bəyan edib

Səudiyyə Ərəbistanı iyun ayından etibarən dünya neft bazarında İranı əvəz etməyə hazır olduğunu bəyan edib

GünAz TV: Mayın 8-də Səudiyyə Ərəbistanı iyun ayından etibarən tələb üzrə hər bir miqdarda neft təklif etməyə hazır olduqlarını bəyan edib.

 

Bəyanatda xüsusən Ərəbistanın öz daxili təlabatlarını İrandan idxal edilən neftlə ödəyən ölkələrə də lazımı miqdarda neft satacağı vurğulanır.

 

“Bloomberg” agenliyinin məlumatına görə, İrandan neft alan müştərilər gələn ay Ərəbistandan aldıqları neftin həcmini artıamqla bağlı bu ölkəyə müraciət etməyiblər. Buna görə də rəsmi Riyadın iyun ayında da neft hasilatını OPEK-in razılaşması çərçivəsində saxlayacağı gözlənilir.

 

Razılaşmaya əsasən, neft ixrac edən ölkələr 2019-cu ilin ilk yarısında günlük hasilatlarını 1.2 milyon barel azaltmağa qərar veriblər.

 

Baxmayaraq ki, Ərəbistan hazırda razılaşmaya əsasən, gündəlik 10 milyon 311 min barel neft istehsal edə bilər, amma ötən ay gündəlik hasilatının həcmi 9.8 milyon barel olub.

 

Qeyd etmək lazımdır ki, adəti üzrə neft alınması ilə bağlı sifariş göndərmə prosesindən 1 ay qabaq verilir. Buna görə də, gələn ay Ərəbistanın ixracatının gündəlik 7 milyon barel civarında olacağını proqnozlaşdırmaq olar.

 

Xatırladaq ki, Amerika mayın 2-dən etibarən rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyalarda İrandan neft alan 8 istisna ölkəyə verdiyi möhlət hüququnu ləğv edib. Ağ Ev bunun hədəfinin İranın neft satışını sıfıra endirmək olduğunu deyir.  

 

Digər tərəfdən, dünən brend markalı neft 70 dollardan bir az baha olub. Bu isə Amerikanın İran neftinin müştərilərinə tanıdığı möhlət hüququnu dayandırmasından sonra neft qiymətlərində elə də böyük bahalaşmanın olmadığını göstərir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN