Təbriz Podşipnik Zavodunun işçiləri etiraz aksiyası keçirib

Təbriz Podşipnik Zavodunun işçiləri etiraz aksiyası keçirib

GünAz TV: İranın Sənaye naziri iki gün öncə Təbrizə etdiyi səfər zamanı bəzi sənaye müəssisələrinə baxış keçirsə də, Podşipnik (bolbring) və Maşınqayırma zavodlarının problemləri ilə maraqlanmayıb.

 

Bundan sonra Şərqi Azərbaycanın sənaye sahəsində əhəmiyyətli rol oynayan Podşipnik Zavodunun işçiləri Şərqi Azərbaycan İctimai Rifah və İş İdarəsinin binası qarşısına toplaşaraq nazirin bu hərəkətinə etiraz ediblər. Onlar zavod rəhbərliyindən gecikmiş maaşlarını da tələb ediblər.

 

Aksiyaya plakatla gələn işçilər iki gün öncədən zavodda fəaliyyətlərini dayandırıblar. Onlar son 3 ayda maaş almadıqlarını və zavod rəhbərliyi tərəfindən bayramlıq haqlarının ödənilmədiyini iddia edirlər.

 

Qeyd edək ki, Təbriz Podşipnik Zavodu Şərqi Azərbaycan Vilayətinin önəmli sənaye müəssisələrindən biridir. Çox sayda işçinin çalışdığı zavod özəlləşdirildikdən sonra müəyyən problemlərlə üz-üzə qalıb. Oxşar vəziyyət Azərbaycanın bütün vilayətlərində bir çox sənaye və istehsal müəssisəsində müşahidə olunur. Ekspertlər bunu  bölgəyə hakim kəsilən iqtisadi tənəzzül və bazardakı durğunluqla əlaqələndirir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN