Tehran Ticarət Palatası: “İran rüşvətxorluqla mübarizə sahəsində 8 pillə geriləyib”

Tehran Ticarət Palatası: “İran rüşvətxorluqla mübarizə sahəsində 8 pillə geriləyib”

GünAz TV: Tehran Ticarət Palatası region ölkələri arasında rüşvətxorluğun yayılması və onların bu baxımında dünya ölkələri içərisində yerləri üzrə hesabat hazırlayıb. Hesabata əsasən, Birləşmiş Ərəb Əmirlikləri bölgə ölkələri arasında ən az korrupsiyanın yayıldığı ölkədir. İran isə dünya ölkələri arasında 2017-ci ildən 2018-ci ilə qədər 8 pillə geriləyərək, 130-cu yerdən 138-ə yüksəlib.

 

Palata bölgədə yerləşən bütün ölkələri korrupsiyanın yayılması baxımından araşdırıb və İran hazırlanmış hesabatda orta yerlərdən birində qərarlaşıb.

 

Baxmayaraq ki, BƏƏ dünya ölkələri arasında korrupsiya ilə mübarizə sahəsində geriləyərək, 23-cü yerdə qərarlaşıb, lakin region ölkələri içərisində bu sahədə ən yüksək göstəricilərlə 1-ci yerdədir.  

 

Eləcə də, korrupsiya mübarizə sahəsində Oman və Səudiyyə Ərəbistanı da xeyli irəliləyib. Omman 2017- ci ildən 2018-ci ilə qədər 15 pillə irəliləyərək, 68-ci yerdən 53-ə düşüb. Bu region ölkələri arasında korrupsiya ilə mübarizə sahəsində ən yüksək göstəricidir.

 

İran isə dünya ölkələri içərisində bu 1 il ərzində korrupsiya ilə mübarizədə 8 pillə geriləyərək, 130-cu yerdən 138-ə qalxıb. Bu isə ötən 1 il ərzində ölkədə rüşvətxorluğun daha da geniş vüsət aldığını göstərir.

 

Suriya isə region ölkələri arasında ən çox korrupsiyanın yayıldığı ölkə kimi yadda qalıb. Ondan sonra isə növbə ilə Yəmən və Liviya və İraq gəlir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN