Tehranda 85 min kvadrat metr ərazi mənimsənilməsi faktı aşkarlanıb

Tehranda 85 min kvadrat metr ərazi mənimsənilməsi faktı aşkarlanıb

GünAz TV: “ETTELAAT” Nazirliyi Tehranın Vənək bölgəsində 85 min kvadrat metrlik ərazi mənimsənilməsi faktını aşkarladığı barədə məlumat yayıb.

 

Açıqlamada bildirilir ki, bu məsələ ölkə ərazisində torpaq mənimsənməsilə bağlı aşkarlanmış ən böyük cinayət işlərindən biridir.

 

Məlumata əsasən, Tehranın qərbindən yerləşən, təqribən 85 min kvadrat metr olan bu sahə “İran Zəmin Parkı” və “Himmət” magistralının da bir hissəsini əhatə edir.

 

Nazirlik məsələ ilə bağlı bir neçə məmura qarşı da cinayət işi açıldığını deyib. Lakin həmin məmurların adı açıqlanmayıb.

 

Xatırladaq ki, sentyabrın 22-də “Fars” xəbər agentliyi 2015-ci ildə ölkədə 385 min hektar torpaq mənimsənilməsi ilə bağlı xəbər dərc etmişdi. Agentlik bildirirdi ki, bu yalnız aşkarlanan faktlardır. Ölkədə mənimsənilmiş minlərlə hektar ərazilər var və məhkəmə sistemi hələ ki, onların hamısını müəyyənləşdirə bilməyib. Qeyd edilən 385 min hektarlıq ərazinin 2015-ci ildə qiyməti inflyasiya həddini də nəzərə aldıqda, 97 trilyon tümən olub. Bu rəqəm həmin ilə nəzərdə tutulmuş ölkə büdcəsinin ¼-nə barəbərdir. Hazırda isə o pulla ölkədə bir il ərzində 5 milyon fəhləyə əmək haqqı vermək mümkündür.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN