Tehranda bahalaşma səbəbindən ev satışında kəskin azalma müşahidə olunur

Tehranda bahalaşma səbəbindən ev satışında kəskin azalma müşahidə olunur

GünAz TV: İran Mərkəzi Bankının Tehranın daşınmaz əmlak bazarı barədə aylıq yayımladığı statistikada evlərin qiymətlərinin ötən illə müqayisədə kəskin bahalaşdığı qeyd edilir.

 

Statistikaya əsasən, bahalaşma səbəbindən ev alış-satışında kəskin geriləmə müşahidə olunur.

 

Belə ki, cari ilin iyul ayının sonlarından iyul ayının sonlarına qədər olan müddət ərzində Tehranda 4800 mənzil satılıb. Bu isə ötən ilin oxşar dövrünə nisbətən 64.6% azalma deməkdir.

 

Mərkəzi Bank həmçinin qeyd edir ki, bu zaman dilimində Tehranda satılan evlərin 1 m2-nin orta qiyməti 133.5 milyon riyal təşkil edib. Bu isə ötən ayla müqayisədə 0.4%, keçən ilin eyni dövrü ilə müqayisədə isə 91.5% bahalaşma olduğundan xəbər verir.

 

Statistika həmçinin Tehranda kirayə verilən evlərin qiymətlərində də azı 25% artım olduğu vurğulanır.

 

Qeyd etmək lazımdır ki, ötən bir il ərzində İranda kəskin bahalaşma və qıtlıq müşahidə olunur. Hətta bəzi gündəlik təlabat mallarının qiymətləri 300%-ə qədər bahalaşıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN