Türkiyə İrandan neft alışını tamamən dayandırıb

Türkiyə İrandan neft alışını tamamən dayandırıb

GünAz TV: Türkiyə İrandan neft idxalını tamamən dayandıran ölkələrin sırasına qoşulub.

 

Bu barədə adının açıqlanmasını istəməyən türkiyəli rəsmi “Reuters” agentliyinə məəlumat verib. O bilirib ki, Amerika neft sanksiyalarında 8 istisna ölkəyə verdiyi 180 günlük möhlət hüququnu uzaqmadıqdan sonra rəsmi Ankara İrandan qara qızıl alışını tam dayandırıb.

 

Türkiyəli rəsmi ölkəsinin İrana qarşı qəbul edilmiş sanksiyaları dəstəkləmədiyini desə də, amma rəsmi Ankaranın ABŞ-ın strateji müttəfiqi olduğuna görə, bütün sanksiyalara əməl edəcəyini vurğulayıb.

 

“Reuters” mayın 20-də sənayə mənbələrindən, naqivasiya sistemlərindən və enerji sahəsində fəaliyyət göstərən konsultasiya şirkətlərindən əldə edilmiş məlumatlar əsasında cari ay ərzində İrana məxsus heç bir neft tankerinin Türkiyə limanlarında lövbər salmadığı barədə məlumat dərc etmişdi.

 

Qeyd edək ki, Amerika nüvə razılaşmasından çıxdıqdan sonra İrana qarşı yenidən sanksiyalar tətbiq edib. İki mərhələdən ibarət olan sanksiyalar paketinin ikinci mərhələsi çərçivəsində 2018-ci ilin noyabr ayının əvvəllərində İranın neft və qaz sektoruna qarşı sanksiyalar qəbul edilib. Bu sanksiyalarda İrandan neft alan 8 ölkəyə özlərinin qara qızıla olan ehtiyaclarını təmin etmək üçün verilən 6 aylıq möhlətin vaxtı cari ilin may ayının 2-də başa çatıb. Bu müddət ərzində həmin ölkələr neftə olan tələbatlarını ödəmək üçün alternativ mənbələrə üz tutmalı idilər. Həmin ölkələr artıq İrandan neft idxalını davam etdirsələr, Vaşinqtonun ağır embarqolarına məruz qalacaqlar.

 

Digər tərəfdən, artıq bu ay İranın xam neft ixracatı günlük 500 min bareldən aşağı düşüb. Hazırda İranın bu miqdarda nefti Asiya ölkələrinə satdığı bildirilir, lakin müştərinin kim olduğu məlum deyil.

 

Sanksiyalardan öncə isə İranın gündəlik neft və qaz-konsendant satışı 2.5 milyon barel idi. Gələcək aylarda isə sanksiyalar davam edərsə, İranın neft ixracatının sıfıra düşəcəyi gözlənilir. Amerika Birləşmiş Ştatları da Tehrana qarşı qəbul edilmiş enerji emqarqolarının hədəfinin bu ölkənin neft satışını sıfıra endirmək, bununla da külli miqdarda gəlir əldə edib, onu terrorizmin maliyyələşdirilməsinə sərf etməsinə əngəl olmaqdır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN