Türkiyə İrandan neft idxalatını dayandırıb, qaz alışını isə əhəmiyyətli dərəcədə azaldıb

Türkiyə İrandan neft idxalatını dayandırıb, qaz alışını isə əhəmiyyətli dərəcədə azaldıb

GünAz TV: Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsi hazırladığı yeni statistikada bu ölkənin cari ilin avqust ayında ötən ilin oxşar dövrü ilə müqayisədə İrandan aldığı qazı 1/3 nisbətində azaltdığı bildirilir.

 

Həmin ay ərzində İran Türkiyəyə 160 milyon kub metr mavi yanacaq sata bilib, bu isə son 10 il ərzində ən aşağı göstərici sayılır.

 

Cari ilin 8 ayı ərzində İranın Türkiyəyə satdığı qazın miqdarı ötən ilin analoji dövrünə nisbətən 10.5% azalmaqla, 4.5 milyard kub metr təşkil edib.

 

Sözügedən statistikaya əsasən, iyun ayından etibarən rəsmi Ankara Tehrandan 1 barel də neft almayıb. Bununla da İranın Türkiyəyə qara qızıl ixracatı sıfıra düşüb.

 

Türkiyə bu ilin 8 ayı ərzində cəmi İrandan 2.1 milyon ton qara qızıl idxal edib. Halbuki bu rəqəm 2018 və 2017-ci illərin eyni dövrdə müvafiq olaraq 5.16 və təqribən 7 milyon 253 min ton təşkil etmişdi.

 

Digər tərəfdən, Türkiyə Mərkəzi Statistika Komitəsinin yaydığı hesabata görə, bu ölkənin cari ilin 3 rübü ərzində İrana etdiyi ixracat 1.73 milyard dollarlıq dəyərində olub. Halbuki bu göstərici 2018-ci ilin eyni dövrünə nisbətən 5%, 2017-ci ilə nisbətən isə 25% təşkil etmişdi.

 

İranın Türkiyəyə ixrac etdiyi əmtəənin həcmi isə qeyd edilən zaman dilimində 3 milyard dollara yaxın olub. Bu rəqəm 2018 və 2017-ci illərlə müqayisədə 46 və 49% azalmanın olduğunu göstərir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN