Azərbaycanlı fəal Həkimə Əhmədinin işgəncələr altında iki qabırğa və barmaqları qırılıb – VİDEO

Azərbaycanlı fəal Həkimə Əhmədinin işgəncələr altında iki qabırğa və barmaqları qırılıb – VİDEO

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədinin həyat yoldaşı onun Ettelaat İdarəsinin təcridxanasında ağır cismi və ruhi işgəncələrə məruz qaldığını bildirib.

 

Mühəndis Məhəmmədrza Qurbani bu barədə yaydığı Videoda həyat yoldaşının işgəncələr altında iki qabırğa və barmaqlarının qırıldığını deyib.

“Ettelaat əməkdaşları oktyabrın 18-də evə hücum çəkib axtarış apardıqdan sonra Həkimə xanımı yaxalayaraq özləri ilə apardılar. Onlar evdəki uşaqları belə təhdid etdilər. Məmurlar 2 ləptop, 3 mobil telefonu və evdə olan bütün Sim-Kartları da götürdülər. Bu müddətdə yalnız bir dəfə Həkimə xanımla telefon əlaqəsi saxlaya bildik. Onun harada saxlandığı və ittihamları barədə bizə heç bir məlumat verilmir. Lakin bir mənbədən aldığımız məlumata görə, Həkimə xanım məmurlar tərəfindən döyülüb, işgəncələr altında onun iki qabırğası və barmaqları qırılıb”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Məhəmmədrza Qurbani həyat yoldaşının Mərəndin Ərteş xəstəxanasına yerləşdirildiyini ehtimal edir. Onun sözlərinə görə, Ettelaat məsulları ondan həyat yoldaşının xəstəxana və müalicə xərclərini tələb ediblər.

 

Həkimə Əhmədi ana dilində təhsil hüququ ilə əlaqədar fəaliyyət göstərir. İki uşaq anası olan fəalın sosiologiya üzrə yüksək lisansı var. O Mərənd şəhərinin mədəni fəallarından biridir.

 

Məhəmmədrza Qurbaninin həyat yoldaşı Həkimə Əhmədi haqda dediklərini aşağıdakı Videoda olduğu kimi izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=79&v=pO8OhaGG39E

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN