Azərbaycanlı fəal Nəsim Sadiqi saxlanılıb – Təbrizdə

Azərbaycanlı fəal Nəsim Sadiqi saxlanılıb – Təbrizdə

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

O oktyabrın 21-də övladı ilə qısa telefon əlaqəsi saxlayaraq təhlükəsizlik qüvvələri tərəfindən tutulduğunu bildirib.

 

Fəalın ailə üzvlərinin dediyinə görə, onun bir sıra şəxsi əşyası, o cümlədən mobil telefonu, kompüter və kitabları məmurlar tərəfindən götürülüb.

 

Təbrizdə evinə gələrkən tutulan fəalın hansı səbəbdən saxlandığı barədə hələlik dəqiq məlumat yoxdur.

 

Nəsim Sadiqi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bir çox təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN