Azərbaycanlı fəal Nəsim Sadiqi “Sepah”ın təcridxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır

Azərbaycanlı fəal Nəsim Sadiqi “Sepah”ın təcridxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır

GünAz TV: Oktyabrın 21-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan azərbaycanlı milli-mədəni fəal hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Fəalın oğlu məhkəmə orqanlarına müraciət etsə də anasının saxlanma səbəbi barədə ona heç bir məlumat verilməyib, bu məsələ Sadiqi ailəsinin xüsusi nigaranlığına səbəb olub.

 

N.Sadiqinin hazırda İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təcridxanasında saxlandığı bildirilir.

 

GünAz TV mətbuat mərkəzinə daxil olan məlumata görə, “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları oktyabrın 23-də fəalın ailəsinə zəng edərək ona paltar aparmalarını istəyib. Fəalın oğlu dərhal Bakiri xiyabanında yerləşən “Sepah” Bölməsinə lazımi paltarları aparıb, lakin onunla anasının görüşməsinə icazə verilməyib.

 

Təhlükəsizlik qüvvələri fəalı yaxalamaq üçün evə müraciət edən zaman ona məxsus bir çox şəxsi əşya, o cümlədən mobil telefonu, kompüter, kitab və əlyazmaları özləri ilə götürüblər.

 

Fəalın ailəsi və yaxınları onun saxlanmasının virtual aləmdəki fəaliyyəti ilə əlaqədar olduğunu ehtimal edir.

 

N.Sadiqi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə müxtəlif təzyiqlərə məruz qalıb və dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN