Azərbaycanlı fəal Ulduz Qasimi Urmiyədə saxlanılıb

2018-09-06 06:34

GünAz TV: Sentyabrın 5-də Urmiyədə azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi qardaşı Rəhman ilə birlikdə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.


Məlumata görə, bacı və qardaş Urmiyə Ettelaat Şöbəsinin təcridxanasına aparılıb, lakin Rəhman Qasimi 2 saat işgəncələr altında dindirildikdən sonra sərbəst buraxılıb. Ulduz isə hələ də Ettelaat-da saxlanılır, onun vəziyyəti barədə dəqiq məlumat yoxdur.


Fəalın yaxınlarının GünAz TV-yə verdiyi məlumata görə, o Azərbaycan uğrunda canını fəda etmiş şəhid Fərzad Əsədpurun anım mərasimində iştirak etdiyi üçün saxlanılıb.


Məlumata görə, Ettelaat əməkdaşları Ulduz Qasimiyə məcburi etiraf vermək üçün təzyiq göstəriblər, lakin xanım fəal onların qondarma suallarının heç birinə cavab verməyib.


Qeyd edək ki, təhlükəsizlik qüvvələri sentyabrın 4-də Ulduz Qasimini saxlamaq məqsədi ilə onun ata evinə hücum çəkib.


Məmurlar məhkəmə hökmü təqdim etmədən zorla evə daxil olaraq axtarış aparıblar. Axtarış nəticəsində fəala aid bir çox kitab və evdə olan elektron irtibat (kommunikasiya) vasitələri məmurlar tərəfindən götürülüb.

Məmurlar həmçinin Ulduz Qasiminin anasına bir çağırış vərəqəsi göstərərək Ulduzun sentyabrın 5-də “Doqquz Təpə” Polis İdarəsinin təhlükəsizlik bölümünə müraciət etməsini istəyiblər. Fəalın anasına təhdid edilərək bildirilib ki, Ulduz təyin olunan vaxtda Polis İdarəsinə müraciət etməsə, bunun bədəbi ağır olacaq.


Axtarış aparılarkən fəalın ata evi və qonşu ailələrdə qorxulu anlar yaşanıb.  


Ulduz Qasimi atası evinə hücum çəkildiyi zaman İnstaqram səhifəsində Urmu gölü kənarında çəkdirdiyi şəkilini paylaşıb.


Ulduz Qasimi bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.10.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin orta doğu'daki siyasəti çökür, İran rejiminin orta doğu'daki siyasəti çökür

2020-08-10

gun az article

Vali müavini: Tikantəpə qızıl mədəni gəlirlərinin bölgəyə aid hissəsini ödənilmir

2020-08-10

gun az article

Yol qəzasında dünyasını dəyişən milli fəal Bəhmən Xaliqinin qardaşı həbs edilib

2020-08-10

gun az article

Anti-Azərbaycan qüvvələrin təzyiqi nəticəsində Təbrizdə Təkəmçilər heykəli qaldırılıb

2020-08-10

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 794 nəfərə çatıb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal Bəhmən Xaliqi yol qəzasında dünyasını dəyişib

2020-08-10

gun az article

Həbsdə olan azərbaycanlı fəal Behnam Şeyxidə koronavirus simptomları görünüb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal təhdid edilib

2020-08-10

gun az article

Güney Azərbaycanın Mərənd vilayətində ətraf mühit faciəsi baş verib

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Mehdi Əmirinəjad sərbəst buraxılıb

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Sadiqi saxlanılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 784 nəfərə çatıb

2020-08-09

gun az article

Güney Azərbaycanda daha 1 həkim koronavirusdan ölüb

2020-08-09

gun az article

Ana dili uğrunda həbs edilən fəalların azadlığını tələb edən  10 mindən çox tvit paylaşılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda baş verən silahlı qarşıdurmada İran sərhədçisi həlak olub

2020-08-08

gun az article

Ərdəbil əyalətində daha 3 nəfər koronavirusdan ölüb, əlavə 25 nəfər xəstəliyə yoluxub

2020-08-08

gun az article

Şərqi Azərbaycanda baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər ölüb

2020-08-08

gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08