Azərbaycanlı fəal Ulduz Qasiminin anası və zamini həbs cəzası ilə təhdid edilib

Azərbaycanlı fəal Ulduz Qasiminin anası və zamini həbs cəzası ilə təhdid edilib

GünAz TV: Ettelaat əməkdaşları noyabrın 5-i sübh saatlarında azərbaycanlı milli-mədəni fəal Ulduz Qasiminin anası ilə telefon əlaqəsi saxlayaraq onu hədələyiblər.

 

Məlumata görə, məmurlar Ulduz Qasimiyə göndərilən çağırış vərəqəsi və onun məhkəməyə müraciət etməməsindən söz açıblar.

Ettelaat əməkdaşları fəal məhkəməyə müraciət etməyəcəyi təqdirdə onun anasını saxlayıb və məhkəmə qarşısına çıxaracaqlarını bildiriblər.

 

Telefon söhbəti zamanı məmurların kobud danışdığı və təhqiramiz ifadələr işlətdiyi bildirilir.

 

Ettellat əməkdaşları həmin gün Ulduz Qasimiyə zamin duran şəxsə də zəng edib, onu saxlamaq və məhkəmə qarşısına çıxarmaqla təhdid ediblər. Məmurlar azərbaycanlı fəalın zamini ilə də anası ilə danışdıqları tonda danışıblar.

 

Təhlükəsizlik qüvvələrinin vətəndaşlara zəng edərək onları təhdid etməsi qanuna görə özbaşınalıq sayılır. Lakin İranda davamlı olaraq belə faktlara rast gəlinir.

 

Urmiyəli milli-mədəni fəal Ulduz Qasimi Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN